• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə: Yeni növ YDM-lər - FOTO - VİDEO

Azərbaycanda ilk dəfə: Yeni növ YDM-lər - FOTO - VİDEO
29.05.2015 12:43
İlk Avropa Oyunları üçün fəaliyyətə başlayan depodakı avtobuslar yanacaqla təmin ediləcək

Azərbaycanda yeni yanacaq növü olan sıxılmış təbii qaz (CNG - Compressed Natural Gas) adlandırılan yanacağın istehsalı və satışı məqsədi ilə Azərbaycan Dövlət Neft Şirkətinin "SOCAR-CNG” MMC adlı törəmə müəssisəsi yaradılıb. 

"Report"un məlumatına görə, açılacaq CNG stansiyaları vətəndaşlar üçün həm yeni iş yerləri, həm də iqtisadi və ekoloji cəhətdən daha sərfəli yanacaq növündən istifadə etmək baxımından əhəmiyyətlidir.

"SOCAR-CNG” MMC-nin birinci layihəsi və müvafiq olaraq birinci qazdoldurma kompressor stansiyası yeni yaradılan "BakuBus” MMC-yə məxsus olan Zığ avtobus parkının yaxınlığında inşa olunub. Məhz bu stansiyada ilk Avropa Oyunları üçün fəaliyyətə başlayan depodakı avtobuslar yanacaqla təmin ediləcək. Stansiyada 4 saat ərzində 300 avtobusu yanacaqla (təxmini 50 min kubmetr) təmin etmək mümkündür.

Ümumi ərazisi 1,3 hektar  olan Zığ stansiyasında İtaliya, İsveç və Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb.

Avropada ilk dəfə "Birləşmiş Qablar” metodu ilə işləyən texnoloji dizayn Zığ qazdoldurma stansiyasında tətbiq edilib və burada maye qaz kompressorlarda 200-250 bar təzyiqlə sıxlaşdırılır. Sıxılmış qazın maye qazdan (LPG) fərqi onun soyutma olmadan qaz halında çənə vurulması imkanındadır. Sıxılmış qazın tərkibindəki əsas maddələr isə metan, etan, butan və propandır: metan - 75-90%, etan - 5-15%, propan - 5%, butan - 5% olduğu halda, yanacağın oktanı təxminən 120-125-dir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin KİV-ə verdiyi məlumata görə, gələcəkdə CNG stansiyalarının sayının artılaraq ölkə üzrə hər 180 km-dən bir quraşdırılması nəzərdə tutulur.

Ənənəvi yanacaq növlərindən fərqli olaraq CNG-nin istifadəsi zamanı dəm qazı tullantıları 90% azdır. Onun  tərkibində azot (N) və kükürd (S) olmadığı üçün təhlükəli NO və SO tullantıları olmur və yaxud sıfıra yaxındır.

CNG-dən təyyarə, gəmi, ağır yük avtomobilləri kimi hər tip nəqliyyatda istifadə edilə bilər. Dünyada CNG-dən ən çox nəqliyyatda istifadə olunur və təbii qaz Nəqliyyat Vasitələrinin Beynəlxalq Assosiasıyasının son illər üçün məlumatına görə təbii qaz istifadə edən nəqliyyat vasitələrinin bazarı ikirəqəmli əmsalla artıb.
Qeyd edək ki, CNG-nin ən çox istifadə edildiyi ölkələr sırasında İran, Pakistan, Argentina, Braziliya, Çin, Hindistan, İtalya və s. var, dünyada təbii qazla işləyən nəqliyyat vasitələrinin sayı isə 20 mln.-a yaxındır.








www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol