• $
  • €
  • ₽
  • ₺
  • £

"Sarı zolaq" qadağasının erkən tətbiqi narazılıq yaratdı - FOTOLAR

"Sarı zolaq" qadağasının erkən tətbiqi narazılıq yaratdı - FOTOLAR
29.05.2015 14:20
I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərinin pozulmasına rəsmən qadağa qoyulsa da, buna riayət etməyən sürücülər çoxdur. 

ANN.Az müxbiri ilə söhbətində sürücülər bu qadağanın çox erkən qoyulmasından narazılıqlarını dilə gətiriblər. Onların sözlərinə görə, idman yarışı iyunun 12-dən başlamasına rəğmən may ayın 29-dan qadağalar tətbiq etmək düz deyil. 

Xəbərə daxil edilən fotolardan da görünür ki, sürücülərin çoxu xüsusi xəttlə hərəkət edirlər. 

Qeyd edək ki, artıq bu gecədən I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülər 40 manat məbləğində cərimə olunacaqlar.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına görə, paytaxtda müəyyən edilən yollarda sarı rəngdə I Avropa Oyunlarının loqosunun əks olunduğu "Oyunlar zolağı” çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq 3.2 yol nişanları quraşdırılıb. Qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol 40 manat miqdarında cərimə olunacaqlar.
 
Bildirilib ki, əgər "Oyunlar zolağı" digər zolaqlarla kəsişirsə, bu zaman, eləcə də xüsusi zolaqların olduğu yolayrıcılarında hərəkət üstünlüyü xüsusi yola veriləcək. Buna əməl etməyən sürücüləri isə cərimə gözləyir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bunu etməyərək qəza şəraiti yaradan sürücülər İXM-nin 151.2-ci maddəsinə əsasən, 80 manat, üstəgəl 4 cərimə balı ilə cərimələnəcəklər.
 
Bundan əlavə, I Avropa Oyunları ilə əlaqədar əvvəlcədən müəyyən edilmiş küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara nəzarət olunmaqla təhlükəsizlik tədbirləri gücləndiriləcək. Nişanların quraşdırıldığı ərazilərə xüsusi müşahidə kameraları ilə də nəzarət ediləcək və qayda pozuntusu törədən sürücülər elektron qaydada cərimələnəcəklər. Bu barədə onların ünvanlarına protokol göndəriləcək.

Orxan Aslanlı
 



www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol