• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni KİV: “İlham Əliyev Qarabağın fatehi olacaq”

Erməni KİV: “İlham Əliyev Qarabağın fatehi olacaq”
29.05.2015 23:14
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri erməniləri qorxuya salıb.

Publika.az xəbər verir ki, Ermənistanın "Yerkir” saytı Rusiyanın erməniləri aldatdığını və Avropa Oyunlarından sonra Qarabağın Azərbaycana qaytarılması istiqamətində ciddi planların olduğunu yazıb.

Ermənilərin fikrincə, Rusiya münaqişəni durduğu yerdən tərpətmək arzusunu mütləq şəkildə ifadə edib: "Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi bizə Gömrük Şurasına qoşulmağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa sərhədlər açılacaqsa, vəziyyət normallaşacaqsa, hər şey ola bilər”.

E. Məmədyarovun sözlərindən sitat gətirən sayt yazır ki, Rusiyanın hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edərək, Bakının öz orbitinə çəkməkdir.

"Bu, İrəvan üçün ciddi nəticələrdən xəbər verir. Eyni zamanda, Qərb də hərəkətə keçib. Belə ki, Məmmədyarovun Moskva səfərindən sonra ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik Moskvaya getdi. O, Rusiyanın "münaqişənin həll olunmasının vaxtı çatıb” sözlərinin arxasındakı məqamları dəqiqləşdirəcək. Göründüyü kimi, Moskva və Bakı razılaşdı. Qərb də burda öz maraqlarını təmin edərək razılıq verəcək. Avropa Oyunlarından sonra ciddi addımlar atılacaq və bunun Ermənistan üçün ağır nəticələri olacaq”, - deyə sayt İrəvan üçün qorxulu proqnoz verir.

Daha sonra qeyd edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin qoruyucusu maskası cırılır: "Bakı güclü manevrlərini işə salıb və göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağı geri qaytarmaqla fateh olacaq”.

Son proseslər rəsmi Bakının öz ədalətli savaşında uğurlu addımlar atdığını göstərir. Bu isə ermənilərin ciddi narahatlığına səbəb olub.

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol