• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda tikilinin döşəməsi çökdü

Bakıda tikilinin döşəməsi çökdü
30.05.2015 09:50
Bakıda 47 yaşlı qadın quyuya düşüb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Balaxanı qəsəbəsi, Yanar dağ küçəsi ev 19-da baş verib.
 
1968-ci il təvəllüdlü Rəsulova Maral Yəhya qızı özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən əlavə tikilinin döşəməsinin çökməsi nəticəsində əmələ gəlmiş diametri təxminən 3-4 metr, dərinliyi təxminən 3 metr olan quyuya düşüb. 

Qadın aldığı xəsarət nəticəsində düşdüyü quyudan çıxa bilməyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb ediliblər. Onlar müvafiq alət və avadanlıqlardan  istifadə  edərək Maral Rəsulovanı dağıntılar arasından çıxarıb və hadisə yerinə çağrılmış təcili tibbi yardım briqadasına təhvil vermişlər.
 
Aparılmış ilkin müayinə zamanı  47 yaşlı qadının bel nahiyəsindən xəsarət aldığı müəyyən olunub.
 
Xilasedicilər hadisə yerinə təkrar baxış keçirərək təhlükəsizlik tədbirləri həyata keçiriblər.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol