• $
  • €
  • ₽
  • ₺
  • £

Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı

Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşı saxlanıldı
31.05.2015 18:30
Türkiyənin xarici ölkələrdəki iki diplomatik nümayəndəliyinin əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə qaçaqmalıçılıq həyata keçirərkən saxlanılıb.

Virtualaz.org saytı xəbər verir ki, saxlanılanlardan biri Türkiyənin Bakıdakı səfirliyinin əməkdaşıdır.

Diplomatlardan biri bu il martın 4-də saxlanılıb. Türkiyənin İranın Urmiyə şəhərindəki baş konsulluğunun A.İ. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə sərhədi keçərək öz ölkəsinə daxil olub.

Avtomobil sərhəddə yoxlanılmayıb. Lakin polisə daxil olan əməliyyat məlumatı əsasında A.İ.-nin avtomobili Vanın Ercis qəsəbəsində saxlanılıb.

Axtarış zamanı avtomobildə böyük miqdarda heroin tapılıb. Həmin diplomat həbs edilib. Fakt Türkiyə ictimaiyyətindən gizli saxlanılıb.

İkinci diplomat isə Azərbaycanın Gürcüstanla sərhədində saxlanılıb (hadisənin bu yaxınlarda baş verdiyi göstərilir, ancaq dəqiq tarix deyilmir).

Türkiyənin Bakıdakı səfirliyinin O.A. adlı əməkdaşı diplomatik nömrə nişanlı avtomobillə Gürcüstandan Azərbaycana daxil olub. Bu zaman onun avtomobilində yüzlərlə yeşik qaçaq siqaret aşkar edilib.

Həmin personal haqqında Azərbaycan tərəfi müvafiq tədbir görüb və onu persona-non qrata elan edib. Türkiyə tərəfi isə səfirliyin işçisini XİN sistemindən kənarlaşdırıb.

Bundan əvvəl Türkiyənin Asiya və Afrikadakı diplomatik təmsilçiliklərində də buna bənzər hallar olub. Bu faktlar Türkiyə XİN-i ciddi narahat edib və xaricdəki diplomatik təmsilçilikdə genişmiqyaslı araşdırma başladılıb. Ancaq bu araşdırmalar və nəticələri gizli saxlanılır.
www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol