• $
  • €
  • ₽
  • ₺
  • £

Bulvarda çay içmək istəyənlərin NƏZƏRİNƏ

Bulvarda çay içmək istəyənlərin NƏZƏRİNƏ
01.06.2015 16:15

Paytaxt sakinlərinin istirahət üçün ən çox üz tutduğu məkanlardan bir olan Dənizkənarı Bulvarda - Milli Parkda bahalıq hamını narazı salır. 
20 qəpiklik qablaşdırılmış su bulvarda 1 manatdan ucuz deyil. Həmçinin bulvar ərazisində fəaliyyət göstərən çayxana və kafelər ailəniz və ya dostlarınızla çay içmək üçün yaxınlaşdığınız zaman sizə  müxtəlif şirniyyatlarla bəzədilmiş çay dəstgahı təqdim edir. Siz çayın yanındakıları istəmədiyinizi bildirdiyiniz zaman isə "bizdə sadə çay yoxdur” cümləsini eşidirsiniz. Belə olan təqdirdə hüquqları pozulmuş vətəndaş hansı addımı atmalıdır?

Məsələyə Modern.az saytına açıqlama verən Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov aydınlıq gətirib.

"2008-ci ildən Bulvar İdraəsinin "Qaynar xətti” fəaliyyət göstərir. Biz bu metodla baş verən neqativ hallarla mübarizə aparırıq. Neqativ hallarla rastlaşan sakinlərimiz günün 24 saatı, həftənin 7 günü aktiv olan bulvarın "Qaynar xətti”nə  - 055 282 70 00, 012 480 18 36 nömrələrinə zəng edə bilərlər”.

Qeyd edək ki, göstərilən mobil telefona idarənin rəis müavini Nazim Məcidov özü cavab verir. İdarə rəsmisi bildirib ki, "Qaynar xətt”ə ayda bir neçə dəfə zənglər daxil olur: 
"Daxil olan şikayət əsasında məsələ yerindəcə araşdırılır. Əgər deyilənlər təsdiqini tapırsa, doğurdan da kimsə 2-3 manatlıq çaya görə vətəndaşdan artıq pul tələb edirsə, "mütləq çayın yanında çoxsaylı şirniyyat almalısan” tələbini qoyursa cəzalandırılır. Araşdırmalar zamanı o da məlum olur ki, şikayətlər bəzən vətəndaş və xidmət işçisi arasında anlaşılmazlıqlardan yaranır”.

Qəbul olunan standartlara görə, Milli Parkda sadə çay 2 manat, mürəbbəli çay 3 manatdır. Əgər Bulvar ərazisində hər hansı bir çayxana və kafedə çay sifariş edərkən "bizdə sadə çay olmur, yanında mütləq nəsə sifariş etməlisiniz” deyilirsə,  mütləq göstərilən "qaynar xətt” nömrələrinə zəng etmək lazımdır

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol