• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gecə Ziya Bünyadov prospekti bağlanacaq

Bu gecə Ziya Bünyadov prospekti bağlanacaq
02.06.2015 13:42
Bu gün Bakıda saat 22:00-dan etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektində "Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri həyata keçiriləcək.

"Report” "Azeryolservis” ASC-yə istinadən bildirir ki, bununla bağlı olaraq Z.Bünyadov prospektinin bəzi hissələrində tam, bəzi yerlərində isə nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. "Oyunlar zolağı”nın yenidən rənglənməsi işləri bu gecə yalnız Böyükşor yol qovşağından 20 Yanvar dairəsi istiqamətində aparılacaq.

Körpü və tunellərdə rənglənmə işləri aparılarkən həmin ərazidə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Sürücülər bu zaman prospektin yan yollarından maneəsiz şəkildə istifadə edə biləcəklər. Digər hissələrdə işlər aparılarkən isə hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq. Yəni, nəqliyyat vasitələri işlərin aparıldığı zolağa daxil olmadan həmin istiqamətdə hərəkətlərinə davam edə biləcəklər.

Qeyd edək ki, "Azəryolservis” I Avropa Oyunlarında müəyyən edilən marşrut üzrə əsas yol şəbəkəsində "Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-də başlayıb. Bu gecədən etibarən isə "Oyunlar zolağı”nın yenidən rənglənməsi işlərinə start verilir. Eni 3,75 metr olan "Oyunlar zolağı”nın kənarlarında 25 sm enində sarı xətt və asfalt üzərində təyin edilən yerlərdə Bakı Avropa Oyunlarının loqotipi çəkilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən "Oyunlar zolağı”na nəzarət edilir və kənar maşınların bu zolaqla hərəkəti tamamilə məhdudlaşdırılıb.


www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol