• $
  • €
  • ₽
  • ₺
  • £

"Yanğın baş vermiş binada əsaslı təmir 1 həftəyə başa çatdırılacaq"

"Yanğın baş vermiş binada əsaslı təmir 1 həftəyə başa çatdırılacaq"
02.06.2015 14:24
"Sakinlərin elektrik, qaz, su və digər kommunal xidmətlərlə bağlı borcları silinəcək”

Nazirlər Kabinetinin 1 iyun 2015-ci il tarixli 144 saylı sərəncamı əsasında aprelin 10-da Bakıda Xətai rayonu, Zığ şossesi 16 ünvanında yanğın baş verən doqquzmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı mənzillərində əmlaklarına, əşyalarına zərər dəymiş 60 ailənin hər birinə 15 min manat maddi yardım göstəriləcək.

Bunu APA-ya açıqlamasında Xətai rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Zaməddin Əkbərov söyləyib.

Z. Əkbərov deyib ki, binada 111 mənzil olub, yanğın zamanı 60 mənzilə ziyan dəyib. Maliyyə Nazirliyinin nəzərdə tutulan 900 min manat vəsaitinin bu gün Xətai rayon İcra Hakimiyyətinə ayıracağı gözlənilir: "Həmin sakinlərin adlarına Kapital Bankın 1 saylı filialında hesab açılıb. Vəsait onların hesablarına köçürüləcək. Vətəndaşlara məlumat veriləcək, onlar bankdan həmin vəsaiti götürə biləcəklər”.

Z. Əkbərov bildirib ki, hazırda yanğından zərər çəkmiş mənzillər bərpa olunur, binanın fasadı da təmir olunur: "Artıq fasadda tamamlama işləri gedir. Mənzillərdə də əsaslı təmir işləri aparılır. Çox güman ki, 1 həftə müddətində əsaslı təmir başa çatdırılacaq və sakinlər evlərinə dönəcəklər”.

Xətai rayon İcra Hakimiyyətinin rəsmisi onu da nəzərə çatdırıb ki, yanğın zamanı sakinlərin yanmış sənədlərinin bərpası məqsədi ilə bu gündən "Asan xidmət”in səyyar xidmət təşkil edəcək avtobusu olacaq və sakinlərin sənədlərinin bərpa işləri aparılacaq: "Eyni zamanda həmin mənzillərin sakinlərinin elektrik, qaz, su və digər kommunal xidmətlərlə bağlı borcları müvafiq qurumlar tərəfindən silinəcək”.  

Qeyd edək ki, yanğın baş verəndən sonra aprelin 11-də 60 ailənin hər birinə 500 manat kirayə pulu verilib. Binanın fasadı və yanğından zərər çəkmiş mənzillər dövlət hesabına əsaslı təmir olunur.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol