• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak etdi

Prezident Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak etdi
03.06.2015 13:31
Azərbaycan prezidenti İlham Əliyev "Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.

Maliyyə naziri Samir Şərifov prezidentə görülən işlər barədə məlumat verib.

Qeyd edilib ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var. Azərbaycan prezidenti "Bakubus” MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış olub, avtobuslara baxıb.

Diqqətə çatdırılıb ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.

Sonra dövlət başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izləyib.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol