Sabah 36˚ isti gözlənilir

Bölgələrdə əsən şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək
Sabah Aran rayonlarında temperaturun 36°-dək yüksələcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 19-22°, gündüz 27-32° isti olacaq.
İyunun 4-də Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal olunur. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Aran rayonlarda havanın temperaturu gecə 18-23°, gündüz 31-36°, dağlıq rayonlarda gecə 11-16°, gündüz 22-27° isti olacaq.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























