• $
  • €
  • ₽
  • ₺
  • £

Pulla bağlı proqnoz: "Manat 1 dollar olacaq"

Pulla bağlı proqnoz: "Manat 1 dollar olacaq"
03.06.2015 19:39
Neftin qiyməti dünya bazarında 80 dollara çatar və bu həcmdə sabitləşərsə, Mərkəzi Bank manatı möhkəmləndirə bilər

"Azərbaycan Mərkəzi Bankın (AMB) valyuta ehtiyyatlarının artması valyuta bazarı və manatın məzənnəsi üçün müsbət siqnal kimi qiymətləndirilə bilər. Çünki rezervlərin artması ən azı psixoloji olaraq bazara müsbət təsir edir". 

Bunu ANS PRESS-ə açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-alim Vüqar Bayramov söyləyib. Mütəxəssis qeyd edir ki, bu tendensiya, xüsusən manat və xarici valyutaya tələbin formalaşması baxımından əhəmiyyət kəsb edir. "Ötən aydan başlayaraq baş bankın valyuta səbətində avronun payının artması müşahidə olunur. AMB manatın məzənnəsini dollara nisbətdə korreksiya etməyə çalışır. Avronun dünya valyuta bazarındakı dəyəri bahalaşanda manat dollara nisbətdə möhkəmlənir, əks halda isə manatda ucuzlama müşahidə olunur. Bu onu göstərir ki, Avropanın vahid valyutasının məzənnəsi manatın məzənnəsinin müəyyənləşməsinə təsir göstərir". 

İqtisadçı hesab edir ki, manatın məzənnəsində əsas faktor kimi neft hələ də ön plandadır. Neftin bazar qiyməti ölkəyə daxil olan xarici valyutanın həcmini müəyyənləşdirir. "AMB çalışacaq ki, yaxın müddətdə devalvasiyaya getməsin. Çünki praktik olaraq devalvasiya bank sektoruna mənfi təsir göstərəcək. İndiki məqamda Mərkəzi Bankın hədəfi ikinci devalvasiyanın baş verməsinin qarşısını almaqdır. Hazırki vəziyyət imkan verir ki, ölkənin baş bankına manatın məzənnəsini müəyyən etdiyi həddə saxlaya bilsin. Neftin qiyməti dünya bazarında 80 dollara çatarsa və bu həcmdə sabitləşərsə, Mərkəzi Bank manatı möhkəmləndirə bilər. Yəni 1 dolların 1 manata qədər ucuzlaşacağı güman edilir. Çünki neft qiymətinin artması nəticəsində ölkəyə daxil olan xarici valyuta kəskin artır və nəticədə təklif tələbi üstələyir. Bu ssenari tam əks istiqamətdə də baş verə nilər. Yəni, neftin qiyməti 40 dollara qədər ucuzlaşarsa, o zaman manat dollara nisbətdə yumşala bilər". 

V.Bayramovun sözlərinə görə, dünya bazarlarındakı hazırki vəziyyət və neftin qiyməti ilə bağlı müşahidə edilən tendensiya imkan verir ki, Mərkəzi Bank manatın mövcud məzənnəsini qoruyub saxlaya bilsin.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol