• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosu 24 saat işləyəcək

Bakı metrosu 24 saat işləyəcək
03.06.2015 14:59
Avropa Oyunları ərəfəsində Bakı Metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq.
 
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin ANS PRESS-ə verdiyi məlumata görə, iyunun 12-dən etibarən metro səhər saat 06:00-dan gecə saat 01:00-a qədər işləyəcək. Onun sözlərinə görə, oyunların açılışı və bağlanışı günü ola bilsin ki, metro 24 saat işləsin.

"Sərnişinlərin çoxluğunu nəzərə alaraq, metronun xidməti gecə saatlarına qədər uzadıla bilər. Avropa Oyunlarının açılış günü və bağlanış günü metro qatarları səhərə qədər xidmət göstərə bilər. Çünki stadiona yaxın olan "Koroğlu” stansiyasına sərnişin axını olacaq. Çalışacağıq ki, sərnişinlərin rahatlığını tam təmin edə bilək”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, Bakıda keçiriləcək I Avropa Oyunları zamanı şəhərdaxili avtobuslar da gecəyə qədər işləyəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, Avropa Oyunları ərəfəsində sərnişin avtobusları 20 saatdan çox işləyəcək.

"Sərnişin avtobusları səhər saat 05:00-dan işləməyə başlayacaq və gecə saat 01:00-a qədər işləyəcək. Oyunların açılış və bağlanış günlərində isə ola bilsin avtobuslar bütün gecəni də işləsin”, - deyə Namiq Həsənov bildirib.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol