• $
  • €
  • ₽
  • ₺
  • £

Ən yaxşı qadın yazıçı məlum oldu

Ən yaxşı qadın yazıçı məlum oldu
04.06.2015 22:39
Baileys Mükafatını Ali Smith apardı

 

Baileys Ən yaxşı nəsr əsərinə görə Qadın Mükafatını şotland yazıçı Ali Smith qazanıb. "Thebookseller"-ə istinadən Oxu zalı xəbər verir ki, 30 min funt sterlinqlik mükafat bu axşam Londonda Royal Festival Hall-da təqdim olunub.

"How to be Both” (Hərfi tərcümə: İkisi birdən necə olmalı) Ali Smith-in sayca altıncı romanıdır. Romanın baş qəhrəmanları qadınlardır; Goerge adlı yeniyetmə qız və 15-ci əsr italyan rəssamı Francesco del Cossa.

Kitab iki versiyada nəşr olunub. Birinci kitabın əvvəlində müasir yeniyetmə qızın, arxasınca italyan rəssamın hekayəsi gəlir. İkinci kitabda isə tərsinə. Kitabların üz qabıqları eynidir.

Oxucu kitab dükanında ixtiyari şəkildə onlardan birini götürür.

Münsiflər heyətinin rəhbəri Shami Chakrabarti qalib Ali Smith-i tərifləyərək, onu "fenomenal yazıçı” adlandırıb və kitabın indiyə qədər "layiq olduğu tərif və mükafatları almadığını” deyib.

Sözügedən roman 2014-cü ildə Man Booker Prize, 2015-ci ildə Folio Prize, 2014-cü ildə Costa Roman Mükafatının qısa siyahılarına düşsə də, qalib seçilməyib. Amma bir neçə daha az nüfuzlu mükafat qazanıb.

"Adətən qadın yazarlar böyük mükafatlar udanda da həmin romanların qəhrəmanları kişilər olur.

Bu, çox maraqlı və vacib məsələdir; oxucular qadınların da hekayələrini, təcrübələrini oxuya bilməlidirlər," - Baileys mükafatı münsiflər heyətinin sədri deyib. /Azadliq.org

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol