• $
  • €
  • ₽
  • ₺
  • £

"Bu il iki ümumtəhsil müəssisəsində inkluziv təhsilə başlanacaq"

"Bu il iki ümumtəhsil müəssisəsində inkluziv təhsilə başlanacaq"
04.06.2015 13:06
Bu gün Bakıda "Bizim böyük ailəmiz” adlı xeyriyyə satış sərgisinin açılışı olub.
 
"Report” xəbər verir ki, sərgidə 11 nömrəli İnteqrasiya təlimli internat məktəbinin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işləri nümayiş olunub.

Bildirilib ki, satışdan əldə olunan vəsait Bilgəh qəsəbəsində yerləşən Qocalar evinin sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.

Təhsil naziri Mikayıl Cabbarov deyib ki, Azərbaycanda uşaqların rifahının yüksəldilməsinin daim diqqət mərkəzindədir: "Bugünkü tədbir bir neçə səbəbdən diqqət çəkir. Belə ki, ölkədə ənənəvi və milli dəyərlərə əsaslanaraq, sağlamlıq imkanları məhdud uşaqlar üçün dövlət siyasəti həyata keçirilir. Təhsil sistemi və cəmiyyətin özü də bu kateqoriyadan olan insanlar üçün mühüm işlər görülməlidir. Bu istiqamətdə Təhsil Nazirliyinin qarşısında mühüm məsələlər durur və bunlara çatmaq üçün inamla addımlamalıyıq”.

O qeyd edib ki, təhsil sahəsində ən mühüm məsələ inkluziv təhsilin tətbiqidir: "Məlumdur ki, bu gün minlərlə uşaq ümümtəhsil müəssisələrində təhsil almaq imkanlarına malik deyil. Bu ilin sentyabr ayından başlayaraq 2 ümumtəhsil müəssisəsində inkluziv təhsilin tətbiqinə başlanacaq. Bu prosesin də iki başlıca əhəmiyyəti var. Bunlardan biri sosialaşdırmadır ki, həmin şagirdlər belə məktəblərdə təhsil alaraq cəmiyyətin tam hüquqlu üzvləri kimi cəmiyyətə inteqrasiya edə bilsinlər. Digər məsələ isə təlim-tərbiyə prosesi ilə bağlıdır. Bu istiqamətdə məzmundan təlimə qədər xüsusi proqramlar hazırlanmalıdır”.

Təhsil sistemində de-institutlaşdırmanın da mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir deyib ki, burada əsas məqsəd ənənəvi tipli intenat məktəblərindən yeni modellərə - ailə mühitinə keçidə dəstək verməkdir.
www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol