• $
  • €
  • ₽
  • ₺
  • £

“Son qərarı Qafqaz Müsəlmanları İdarəsi verəcək” - AÇIQLAMA

“Son qərarı Qafqaz Müsəlmanları İdarəsi verəcək” - AÇIQLAMA
04.06.2015 15:15
"Bu problemlərin öhdəsindən özümüz gəlməsək, o zaman kənar qüvvələr bunları etməyə çalışacaq və öz siyasi maraqlarını Azərbaycanda tətbiq etməyə başlayacaqlar” - Bu sözləri ANN.Az-a açıqlamasında ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Qafqaz Müsəlman İdarəsinin rəhbəri Şeyxülislam Hacı Allahşükür Paşazadə ölkənin ayrı-ayrı məscidlərində azanın müxtəlif vaxtlarda səsləndirilməsi məsələsinə toxunub. O, bu nüansa diqqət çəkəcək turistlərin, əcnəbilərin Azərbaycanda məzhələr arasında fərqliyin olması, birliyin yoxluğu kimi anlaşılacağını qeyd edib: "Bizim öz rəsədxanamız var və elmi əsaslarla daha dəqiq namaz vaxtını məlumat vermək gücünə malikdir”.

Şeyxülislamın qaldırdığı bu məsələyə ilahiyyatçı Hacı Şahin Həsənlinin fikrini öyrəndik. Onun sözlərinə görə, bəzən eyni məzhəbdən olan dindarlar arasında da müəyyən fikir ayrılığı olur: "Qafqaz Müsəlmanlar İdarəsinin bu məsələdə əsas məqsədi bütün fərqli fikirlərin ortaq variantını tapmaqdır. Yəni bütün məzhəblər üçün məqbul olan bir variant seçib axtarmaqdır. Doğrudur, bəzi məsələlərdə fərqliliklər var, amma bu o demək deyil ki, burada ixtilaf yaratmaq lazımdır. Ramazan ayının yaxınlaşdığı bir ərəfədə azanın fərqli vaxtlarda verilməsinin qarşısını almaq üçün QMİ tərəfindən azanın verilmə vaxtı tərtib olunur ki, bu da dindarlar arasından çaşğınlığın yaranmasının qarşısı alacaq. Eyni zamanda da Şamaxı rəsədxanası ilə birgə ayın doğması və yeni ayın çıxması ilə bağlı işlər görülür və bunun üçün artıq komissiya yaradılıb”. 

İlahiyyatçı həmin komissiyanın üzvü olduğunu vurğulayıb: "Bu komissiyada din alimləri, mütəxəssislər, Şamaxı rəsədxanasının üzvləri bayram qeyd olunması ilə bağlı, təzə ayın çıxıb-çıxmaması ilə bağlı fikirlərini bildirəcəklər, amma son qərarı Qafqaz Müsəlmanları İdarəsi verəcək. Çünki bu məsələlərdə bir tənzimlənməyə ehtiyac var. Əsas məqsəd də ondan ibarətdir ki, vahid qərar qəbul edilib, onun əsasında hərəkət edilsin”.

Hacı Şahin fətvanın verilməsində imam, axund və din xadimlərinin daha məsuliyyətli olmamaları məsələsinə də toxunub: "Ümumiyyətlə, fətvanın mahiyyəti insanlara çatdırılmalıdır. Həm Ramazan ayı ilə bağlı insanlara daha geniş şəkildə məlumat verilməlidir, həm şəriət hökmləri ilə bağlı məlumatlar insanlara ötürülməlidir. Şeyxülislamın da sözü bundan ibarətdir ki, axundlar və imamlar, bir sözlə din xadimləri xalqla birbaşa ünsiyyətdə olmalı, üzərlərinə düşən öhdəliyi məhsuliyyətlə daşımalıdılar. Din xadimləri tək Ramazan ayında deyil, hər zaman daha münasib şəkildə ünsiyyət qurmağı bacarmalıdır. Bu problemlərin öhdəsindən özümüz gəlməsək, o zaman kənar qüvvələr bunları etməyə çalışacaq və öz siyasi maraqlarını Azərbaycanda tətbiq etməyə başlayacaqlar”.

Orxan Aslanlı


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol