• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Bakı-2015 Avropa oyunlarına dəstək məqsədilə yeni çarx hazırladı

“Nar” Bakı-2015 Avropa oyunlarına dəstək məqsədilə yeni çarx hazırladı
04.06.2015 17:38
"Bağlandıqca daha güclüyük” mesajı birliyin qüdrətini ehtiva edir

Bakı-2015 Avropa oyunlarının rəsmi tərəfdaşı və telekommunikasiya təminatçısı olan "Nar” mobil operatoru ilk dəfə keçiriləcək bu mötəbər yarışa dəstək məqsədilə yeni reklam çarxını təqdim etdi. Azərbaycanın sürətlə inkişaf edən rabitə operatorunun hazırladığı çarx iki qardaşın hekayəsini önə çəkir və məsafədən asılı olmayaraq, sevdiklərinin yardımı ilə insanın bir çox şeyə nail ola biləcəyindən bəhs edir. "Bağlandıqca daha güclüyük” çarxın mesajıdır. Çarxı Nar operatorunun rəsmi facebook səhifəsində izləmək olar. (https://www.facebook.com/narmobile/posts/983645124993041 )

Qeyd etmək lazımdır ki, Bakı-2015 Avropa oyunlarına dəstək kampaniyasının bir parçası olaraq, "Nar” mobil operatoru Bakı bulvarı, "Crystal Hall” konsert salonu və Avropa oyunları parkı ərazisində müxtəlif aksiyalar keçirməyi planlaşdırır. Bakı-2015 Avropa oyunlarını təşviq etmək üçün mobil operator artıq bir sıra aksiyalar keçirmişdir. Bunların arasında idman federasiyalarında "açıq qapı” günləri, idman jurnalistləri üçün master-klass və digər tədbirləri qeyd etmək olar.

Eyni zamanda, Bakı 2015 Könüllülər proqramının rəsmi tərəfdaşı olan "Nar” operatoru Avropa oyunları müddətində müxtəlif məqsədlər ücün istifadə olunacaq mobil tətbiqi könüllülər ücün təqdim edib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol