• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK: 11-ci sinif şagirdlərinin 36.85.%-i "Ana dili", 27.32%-i isə "Riyaziyyat"dan “2” və “3” alıb

TQDK: 11-ci sinif şagirdlərinin 36.85.%-i "Ana dili", 27.32%-i isə "Riyaziyyat"dan “2” və “3” alıb
04.06.2015 19:38
Bakı məktəblərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinə dair statistik göstəricilər açıqlanıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 2-də Bakı şəhərində yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarının nəticələrinin statistik göstəricilərini açıqlayıb.
 
TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 9-cu siniflər buraxılış imtahanında iştirakı nəzərdə tutulan 31490 şagirddən 404 nəfəri imtahana gəlməyib, 5 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 31081 şagirdin imtahan nəticələri yerləşdirilib.
 
Qeyd edək ki, ümumi orta təhsil bazasında (9 illik ) keçirilmiş buraxılış imtahanında Ana dili və Riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
 
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 55.85.%-i ana dili fənni üzrə, 57.98%-i riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıb. Həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 44.15%-i,  riyaziyyat fənni üzrə isə  42.02 %-i "4” və "5” qiyməti alıblar.  
 
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 9-cu sinif şagirdlərinin 45.56.%-i ana dili fənni üzrə, 44.16%-i riyaziyyat fənni üzrə "2” və "3” qiyməti alıblar. Həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.44%-i,  riyaziyyat fənni üzrə isə  55.84 %-i "4” və "5” qiyməti alıblar.   
 
 56 nəfər maksimum nəticə göstərərək 60 bal toplayıb.
 
11-ci sinif üzrə buraxılış imtahanda iştirakı nəzərdə tutulan 24445 şagirddən 333 nəfəri imtahana gəlməyib, 18 nəfər qaydaları pozduğu üçün nəticələri ləğv olunub. TQDK-nın internet saytında 24094 şagirdin imtahan nəticələri yerləşdirilib. Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil (xarici dil tədris olunmayan məktəblərin şagirdləri üçün kimya) fənnindən isə 5-dən az olmayan şagirdlər müvəffəq qiymət alırlar.
 
Azərbaycan bölməsində buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 45.67.%-i ana dili fənni üzrə, 35.39%-i riyaziyyat fənni üzrə "2” və "3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə  şagirdlərin 54.32%-i,  riyaziyyat fənni üzrə isə  64.62 %-i "4” və "5” qiyməti alıblar. 
 
Rus bölməsində isə buraxılış imtahanında iştirak edən 11-ci sinif şagirdlərinin 36.85.%-i ana dili fənni üzrə, 27.32%-i riyaziyyat fənni üzrə "2” və "3” qiyməti, həmin bölmədə ana dili fənni üzrə şagirdlərin 63.15%-i,  riyaziyyat fənni üzrə isə  72.68 %-i "4” və "5” qiyməti alıblar. 165 nəfər maksimum nəticə göstərərək 90 bal toplayıb.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol