• $
  • €
  • ₽
  • ₺
  • £

Bank of Baku-nun plastik kartları “3D secure” sisteminə qoşuldu

Bank of Baku-nun plastik kartları “3D secure” sisteminə qoşuldu
05.06.2015 10:47
Plastik kartlar bazarında apracı banklardan biri olan və mərkəzi bank tərəfindən nağdsız ödənişlər üzrə lider Bank seçilən Bank of Baku plastik kartların kənar şəxslər tərəfindən istifadəsinin təhlükəsizliyinin artırılması istiqamətində "3D secure” sisteminə qoşuldu.

"3D secure” nədir?

Kredit və debet kartlarının internet üzərində onlayn istifadəsi zamanı tətbiq edilən müasir təhlükəsizlik sistemidir. Bu sistem müştərinin kartlarının digər kənar şəxslər tərəfindən internet üzərində istifadəsini mümkünsüz edir. Belə ki, əməliyyatların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əməliyyatlar birdəfəlik şifrələr ilə qorunur və əməliyyat icra edilən zaman kartın parametrləri daxil edildikdən sonra şifrə müştərinin mobil nömrəsinə SMS şəklində göndərilir. Keçirilən əməliyyatların təhlükəsizliyi müştəriyə SMS şəklində göndərilən şifrənin əməliyyat zamanı daxil edilməsi ilə təmin edilir. Müştərinin mobil telefonuna SMS şəklində göndərilən şifrə yalnız 1 dəfə istifadə edilə bilər. Beləliklə də, bu sistem Kartlardan onlayn istifadənin kənar şəxslər tərəfindən həyata keçirilməsinin qarşısını alır.

"3D secure” sisteminə qoşulmaq üçün nə etmək lazımdır?

Bank of Baku-nun SMS Bankinq və ya SMS məlumatlandırma sisteminə qoşulan plastik kartların sahiblərində "3D secure” sistemi artıq avtomatik şəkildə qoşulmuşdur. Avtomatik qoşulmayan və yeni müştərilər isə Bankın məlumat Mərəzinə (145) zəng etməklə və ya banka müraciət edərək "3D secure” sisteminə qoşula bilərlər. Qeyd edək ki, SMS bankinqə qoşulmaq haqqı illik 5 AZN təşkil edir, "3D secure” sisteminə qoşulmaq isə tam PULSUZDUR.

Qeyd edək ki, "Bank of Baku”-ya məxsus kredit kartlarının əksəriyyətini Bolkart, loyal müştərilərə verilən "Dostlar Klubu” kartları, VİSA və MasterCard, həmçinin Mybrand’s və İdeal kobrend kredit kartları təşkil edir. "Bank of Baku”-nun lider bank olmasında Bolkart kredit kartının populyarlığının xüsusi çəkisi var. Belə ki, bu gün yüzminlərlə Azərbaycan vətəndaşı Bolkart-dan istifadə edir.

"Bank of Baku”-nun kredit kartları barədə daha ətraflı: 145 Məlumat Mərkəzi, www.bankofbaku.com və www.facebook.com/bankofbaku.

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol