• $
  • €
  • ₽
  • ₺
  • £

E-kitab: Neapolu gömək - Hekayə

E-kitab: Neapolu gömək - Hekayə
05.06.2015 22:53
Kurt Marti 1921-ci ildə Berndə anadan olub. İlahiyyatçılıq və siyasət üzrə təhsil alıb. Protestant keşişi olan Martinin novella və hekayələri adətən "İsveçrə şərtləri” ilə bağlıdır.
 
 
Taxtadan bir divar düzəltmişdi. Taxtadan divar fabriki görməyə mane olurdu. Fabrikə nifrət edirdi. Fabrikdəki işindən zəhləsi gedirdi. İşlətdiyi aparatdan da zəhləsi gedirdi. Öz-özünə sürətlənən aparatın tempindən zəhləsi gedirdi. Onu rahat bir yaşama, bir evə və balaca bir həyətə qovuşdurmaq üçün sürətli işləməklə alacağı bəxşişlər üçün özünü parçalamaqdan zəhləsi gedirdi. Hər səfərində "bu gecə yenə sıçradın” deyən arvadından zəhləsi gedirdi. Amma yuxuda olanda əlləri sıçramağa davam edirdi. İşinin sürətli ritminə görə sıçrayırdılar. "Özünə diqqət elə, artıq sürətli işləmək sənlik deyil” deyən həkimindən zəhləsi gedirdi. O, qocalmaq istəmirdi. O, daha az maaş almaq istəmirdi. Çünki az işləməyin pis cəhəti daim bu olmuşdu – daha az maaş.
 
Sonra da xəstələndi. Qırx il işlədi və bir sürü nifrətdən sonra ilk dəfə xəstə düşdü.
 
Yatağında uzanıb pəncərədən çölə baxırdı. Balaca həyətini görürdü. Kiçik həyətinin qurtardığı yeri də görürdü - taxtadan çəpəri. Ondan o tərəfi görmürdü. Fabriki görmürdü. Sadəcə balaca həyətində ilk baharı və rənglənmiş taxta hasarı görürdü. "Yaxında, çölə çıxa bilərsən. Hər şey yaxşı olacaq” deyirdi arvadı. Ona inanmırdı. Darıxdığından "Həmişə bu balaca həyəti görürəm, başqa heç nəyi. Canım sıxılır. Həmişə eyni balaca həyət. O andıra qalmış çəpərin iki taxtasını sökün, başqa bir şey görə bilim” deyə arvadına üç dəfə səsləndi. Qadın qorxmuşdu. Qonşuya qaçdı. Qonşu gəlib divarın iki taxtasını sökdü.
 
O, pəncərədən baxırdı. Fabrikin bir hissəsini görə bilirdi artıq. Ancaq bir həftədən sonra "Fabrikin elə eyni hissəsini görürəm. Bu məni rahatlatmır” dedi. Qonşu gəlib taxta divarın bir hissəsini də sökdü. Xəstənin gözləri xoşbəxtcəsinə fabrikə zilləndi, bacanın üstündən çıxan dumanın havadakı oyununu izlədi. Maşınların giriş-çıxışını, insan selinin sabahları gəlişini, axşamları gedişini seyr etdi. On dörd gündən sonra divarın bütün hissəsinin sökülməsini istədi. "Otaqlarımızı, yeməkxananı heç görmürəm” deyə dərd etmişdi. Otaqları, yeməkxananı, beləcə fabrikin bütün hissəsini görüncə, xəstənin gərgin üzünü gülümsəməsi yumşaltdı. Bir neçə gün sonra da öldü.  
 
 
Tərcümə etdi: Nahid

(Lent.az)

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol