• $
  • €
  • ₽
  • ₺
  • £

Avtomobillərin icarəyə verilməsində yanlışlıq nədə olur? - AÇIQLAMA

Avtomobillərin icarəyə verilməsində yanlışlıq nədə olur? - AÇIQLAMA
29.05.2020 00:52
Sözsüz ki, avtomobili idarə edən şəxs nə yol qəzalarından, nə avtomobilin nasaz olmasından, hətta oğurluq hallarından belə sığortalanmayıb. Avtomobilin icarəyə verilməsi proseduru qanunda necə tənzimlənir? Müqavilədə hansı şərtlər göstərilməlidir? İcarəçi şirkətin və icatəyə götürənin üzərinə hansı vəzifələr düşür? Bu mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov ANN.Az-a açıqlama verib.

Ərşad Hüseynov avtomoillərin icarə verilməsi ilə bağlı ayrıca qanunun olmadığını deyib: "Müqavilə şərtləri, müqavilənin bağlanması, avtomobilin təhvil verilməsi və s. məsələlərlə bağlı Mülki Məcəllədə müdəalar göstərilir. Hamı sual verir ki, niyə məhz avtomobil icarəsi dövlət tərəfindən tənzimlənmir? Əslində bu məsələlər dövlət tərəfindən tənzimlənə də bilməz.  Çünki bu sahibkarlıq fəaliyyətidir. Burada qiymətləri sahibkarlar özləri tənzimləyə bilərlər. Buna görə də qiymətlər avtomobillərin növlərin görə, mühərrik həcminə görə, keyfiyyətinə görə  ayrı-ayrı cədvəllərə bölünür”.

Vətəndaşların icarəyə avtomobil götürdükləri zaman ayıq-sayıq olmalılarını qeyd edən ekspert əlavə edib ki, bu zaman texniki baxış həyata keçirilməli, avtomobilin istifadəyə yararlı olub-olmadığı müəyyən edilməlidir: "İcarəyə avtomobil götürən şəxs uşaq deyil ki, onu asanlıqla aldadıb, nasaz maşın versinlər. İcarəyə avtomobil götürən şəxs şirkətlə razılaşdıqdan sonra rahat şəkildə müqavilə imzalaya bilər”.
Ekspert nəqliyyat vasitəsini onu idarə edən vətəndaşa bağlayan sənədlərin aşağıdakılar olduğunu qeyd edib: 

1)Mülkiyyət sənədi (Qeydiyyat şəhadətnaməsi) – bu icarəyə verilən avtomobildə ola bilməz
2)Etibarnamə
3)İcarə müqaviləsi
4)Yol vərəqi – Yol vərəqi şirkətin işçisinə verilir. 

Ə.Hüseynov daha sonra "Yol vərəqi”nin avtomobili icarəyə götürən şəxsə verilməsinin yanlış praktika olduğunu deyib. O, eyni zamanda bunun Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmadığını bildirib: "Bunu hansı icarə şirkəti edirsə. səhv edir. "Yol vərəqi” kontraktla, əmək müqaviləsi ilə qanuni ştatda olan işçiyə verilir. Avtomobil icarəyə götürülərkən yalnız "icarə müqaviləsi” verilməlidir. Və yaxudda "Etibarnamə” verilə bilər. "Yol vərəqi” avtomobili icarəyə götürən şəxsə verilirsə, ola bilsin şirkət nümayəndələri  ya qanunları yaxşı bilmirlər, ya da bu qanunsuz hərəkətləri  pul qazanmaq üçün edirlər”.

Bu işlərə hansı orqanları nəzarət etdiyini vurğulayan eskpert qeyd etdi ki,buna yol polisidə nəzarət edə bilər: "Həmin icarə şirkətləri kommersiya təşkilatlarıdır, sahibkarlıq subyektləridir, buna Vergilər Nazirliyi nəzarət edir, şirkət işçilərinin hamısı sosial müdafiə fondunda sığortası olmalıdır”


Orxan Aslanlı

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol