“Semaşko” boşaldılır? - Nazirlikdən açıqlama

Səhiyyə Nazirliyi 1 saylı Şəhər Kliniki Xəstəxananın Avropa Oyunlarına görə boşaldılması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.
Nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova Azvision.az-a açıqlamasında bildirib ki, xəstəxana fəaliyyətini əvvəlki qaydada davam etdirir.
"Xəstəxananın boşaldılmasından söhbət gedə bilməz. Avropa Oyunları keçirilən günlərdə istənilən xəstə 1 saylı Şəhər Kliniki Xəstəxanasına müraciət edə bilər. Elə hallar olur ki, xəstə ambulator müalicə almalıdır, amma deyir ki, mən xəstəxanada yatmaq istəyirəm. Təbii ki, bu da düz deyil. Yəni bu, sadəcə Avropa Oyunları ilə bağlı deyil, həmişə belə olub”.
Xatırladaq ki, Avropa Oyunları ilə əlaqədar 1 saylı Şəhər Kliniki Xəstəxananın boşaldılması ilə bağlı məlumatlar yayılıb. Məlumta görə, xəstəxana demək olar ki, boşaldılıb və sadəcə ağır xəstələr qəbul olunur.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi