• $
  • €
  • ₽
  • ₺
  • £

"72-ci millət" – özünüzü buna layiq bilirsinizmi? - KÖŞƏ

"72-ci millət" – özünüzü buna layiq bilirsinizmi? - KÖŞƏ
05.06.2015 17:10
Orxan Aslanlı

Yenə cəmiyyətimizdən, ictimai həyatımızda baş verənlərdən yazacam. Əsas məqsədim kimlərisə, nəyisə  pisləmək deyil, ortalıqdakı neqativləri göstərib onları tənqid etməkdir. Bir də ki, nə edə bilərəm axı, qarşıma o qədər məzəli əhvalatlar çıxır ki, yalnız gülümsəməklə, yola verməklə olmur onları. Qərara gəldim ki, bu əhvalatları hissə - hissə olsa da yazım və müşahidə elədiklərimi oxucularla bölüşüm. Söhbət açacağım mövzu, toxunacağım faktlar bəlkə də hər gün hamının qarşısına çıxır. Amma çox fikirli olduğunuzdan yəqin bunlara çox əhəmiyyət vermirsiniz. Amma bilirəm ki, bu dırnaqarası zərb-məsəlləri görməkdən hər kəsin gözləri "mazol” olub:  "Qız istədim vermədilər, şofersən dedilər”, "Sürmə "100”, yaşa 100” , "Nazar etmə noolur, çalış senin də olur”, "Arxamca baxma!”, "O, gözlərə baxmamaq olmur”. Bəli, yanılmadınız, bizim ictimai nəqliyyatımızda tez-tez rast gəlirik bu ifadələrə.

Adamın üstündə Allah var, bir ara bu işin üstünə ciddi şəkildə düşdülər və hər şey yığışdırıldı. Avrobusların içərisi düzəldi, bər-bəzəklər götürüldü. Yoxsa, əvvəl adam elə bilir ki,  avtobusa deyil, hansısa zövqsüz bəzədilmiş restorana, yeməkxanaya girib. Rəngli işıqlar, hər küncdən sallanan oyuncaqlar, saçaqlı kurjevalar və s. Hələ üstəlik zövqsüz musiqilər. Adamın tüklərini biz-biz edən, bəlkə dağ başında yaşayanların belə xoşuna gəlməyəcək  musiqiləri avtobus sürücüləri elə həvəslə dinləyirdilər ki, gəl, görəsən. Sərnişinlərdən kimsə cürət edib "o zəhrimara qalmışı kəs!” –desə, onda vay halına. Sürücü heç kefini pozmadan belə cavab verir: "Xoşun gəlmir, düş ayrı maşınla get evinə”. Yəni, sən kimsən, özüm bilərəm.

Bu yaxınlarda avtobusa minmişdim. Yenə bu "çox bəyəndiyim” reklam sözləri gözümə "girdi”. Dözə bilməyib sürücüdən soruşdum ki, bu reklamları vuranda sizin maaşınızı artırırlar??? Sürücü elə kinayə dolu baxışlarla mənə baxdı ki, bir anlıq "vəssəlam, indi dava başlayacaq” dedim. Amma yaxşı qurtardı, sürücü heç nə demədi. Çünki artıq digər sərnişinlər mənə qahmar çıxmışdı. Yaşlı qadın mənim dediklərimi təkrarlayıb sürücünü zövqsüzlükdə, ictimai nəqliyyata yaraşmayan ərəkətlər etməkdə suçladı. 

Yaxşı kı, yeni avtobuslar gəldi. Görək,  neçə müddətdən sonra bu avtobuslara da "Qız istədim, vermədilər, şofersən dedilər” ifadələri "bəzəyəcək”.  Zənnimcə, bu ifadələrin də, bu fikirlərin də bu qədər yayımlanmasında günahkar məhz sürücülərin özləridi. Çünki əgər maşını kim idarə edirsə, avtobusunun divarlarına vurlan reklamlara, şüarlara, "zərb-məsəllər”ə də özləri cavabdehdirlər. Buna görə də ey əziz və doğma paytaxt sürücüləri, burdan sizə səslənirəm. Bəlkə eyforiyaya o qədər qapılmısınız ki, düşünə bilmirsiniz, amma bir ayılın, bir ətrafınıza fikir verin. Ən azından yetişməkdə olan gələcək nəsili, evinizdəki uşaqlarınızı, doğmalarınızı, yaxınlarınızı fikirləşin. 

Bəlkə də indi yazacağım bu ifadə avtobus sürücülərini incitsin, xətrinə dəysin. Amma bu ifadəmi onların hamısına aid etmirəm. Belə bir söz də var: "Sürücü tayfası 72-ci millətdir”. İnciməyin, amma bu sözə aranızda layiq olanlar da var. Əsas odur ki, kimsə özünü buna layiq görməsin...

Əslində təklifim də var: bu ifadələrin yerinə aforizm, hikmətli söz, kitab adları yazmaq olar, buna baxmayaraq bizim sürücülər arasında intellektual səviyyəli sürücülərimizin olduğuna inanmıram. Çünki nə ictimai qınaq o həddədir, nə də Nəqliyyat Nazirliyi bu kimi problemləri görmək iqtidarındadır. Təəssüf... 




www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol