• $
  • €
  • ₽
  • ₺
  • £

Yeni metro qatarları nə zaman istifadəyə veriləcək? – AÇLIQLAMA

Yeni metro qatarları nə zaman istifadəyə veriləcək? – AÇLIQLAMA
05.06.2015 19:56
"Sınaq mərhələlərindən uğurla keçən yeni qatarlar birinci gündən vətəndaşların istifadəsinə  veriləcək”.   Bu sözləri Modern.az-a açıqlamasında  Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Onun sözlərinə görə, yeni qatarlar sınaqlardan yaxşı keçiblər.  

 "Qatarların fəaliyyətində hər hansı ciddi problem yoxdur. İnşallah iyunun 8-dən etibarən qatarlar daimi istifadə üçün xəttə buraxılacaq. Lakin həmin günə qədər qatarlar hər gün sınaqdan keçiriləcək”.  

Xatırladaq ki, Bakı Metropoliteni qatar parkının yenilənməsi məqsədilə Fransanın "Alstom” şirkət ilə memorandum imzalayıb.  

Həmin memorandumun şərtlərinə uyğun olaraq, bu şirkətlə "Bakı Metropoliteni” QSC arasında bağlanan müqaviləyə əsasən, 5 vaqondan ibarət üç qatarın alınması nəzərdə tutulub. 

Bütün vaqonlarda daha mükəmməl havalandırma sistemi quraşdırılıb.  

Vaqonların salonunda "hərəkətli sətir” sistemi və təhlükəsizliyin təmin edilməsi üçün müşahidə kameraları qoyulub.

Bundan başqa, qatarlar kondisioner sistemləri ilə də təchiz olunub. müasir tələblərə cavab verən yeni qatarlar ən mütərəqqi texnologiyaya, idarəetmə üsuluna malik olmaqla, sərnişinlərin rahat və təhlükəsiz daşınmasını yüksək səviyyədə təmin edəcək.  

www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol