• $
  • €
  • ₽
  • ₺
  • £

Müdafiə Nazirliyi: Ermənistan KİV-in məlumatı dezinformasiyadır

Müdafiə Nazirliyi: Ermənistan KİV-in məlumatı dezinformasiyadır
05.06.2015 18:28

"Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir"

İyunun 5-də Ağdam rayonunun Qaradağlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq zamanı Azərbaycan tərəfinin ATƏT müşahidəçilərini guya ön xəttə çıxarmaması barədə Ermənistanın KİV-in yaydığı məlumat tam yalandır və dezinformasiya xarakteri daşıyır.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, keçirilən monitorinqdə iştirak edən təcrübəli müşahidəçilərin uzun illərdir bu fəaliyyətlə məşğul olmaları, bölgənin relyefini yaxından tanımalarını nəzərə alaraq onların əvvəlcədən planlaşdırılaraq təyin edilən koordinatlara deyil, başqa nöqtəyə çıxarılması qeyri-mümkündür.
 
"Erməni tərəfi bu cür yalan məlumatlar yaymaqla hər bir vasitə ilə növbəti dəfə beynəlxalq qurumu öz təxribatlarına cəlb etməyə cəhd göstərir, beynəlxalq missiyanı həyata keçirən ATƏT müşahidəçilərinin fəaliyyətinə kölgə salmaq və onların adlarının erməni tərəfinin çirkin əməllərində istifadə edilməsi məqsədini daşıyır.
 
Müdafiə Nazirliyi bildirir ki, iyunun 5-də qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb və onu həyata keçirən müşahidəçilər (Xristo Xristov və Piter Svedberq) missiyalarının yerinə yetirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan tərəfinə minnətdarlıq ediblər.
 
Qeyd edək ki, məhz erməni tərəfi cari ilin yanvar ayının 14-də və 29-da qoşunların təmas xəttində monitorinqlərin plana uyğun olaraq keçirilməsinə mane olub", - deyə MN-dən bildirilib.

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol