Daha bir FHN əsgəri ölüb - RƏSMİ AÇIQLAMA

Bu gün Fövqəladə Hallar Nazirliyi Mülkü müdafiə qoşunlarının N saylı hərbi hissəsinin əsgəri, 1992-ci il təvəllüdlü Allahyar Nazim oğlu Məmmədov dünyasını dəyişib.
FHN-nin rəsmi internet səhifəsində yerləşdirilən məlumata görə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri, Nərimanov rayon şöbəsindən həqiqi hərbi xidmətə çağırılmış əsgər hərbi hissənin texnika parkında iş görülərkən ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.
Hadisə ilə əlaqədar hazırda Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən istintaq aparılır.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























