• $
  • €
  • ₽
  • ₺
  • £

I Avropa Oyunlarının məşəli Bakıya gətirildi - Fotolar

I Avropa Oyunlarının məşəli Bakıya gətirildi - Fotolar
08.06.2015 09:00
Məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Bu gün I Avropa Oyunlarının məşəli Bakıya gətirilib.

APA-nın xəbərinə görə, məşəli Bakının Dənizkənarı Milli Parkındakı "Sadko” limanında Azərbaycan prezidenti İlham Əliyev qəbul edib.

Prezident İlham Əliyev neftçi Nahid Nuriyevdən məşəli qəbul edib. Məşəl Neft Daşlarından Bakıya katerlə gətirilib.

Dövlət başçısı məşəllə addımlayarkən, Dənizkənarı Milli Parka toplaşanlar onu "Yaşasın Azərbaycan!”, "Prezident İlham Əliyevə eşq olsun!”, "Birinci Avropa Oyunlarına uğurlar!” nidaları ilə alqışlayıblar.

Azərbaycan prezidenti I Avropa Oyunlarının məşəlini Böyük Vətən Müharibəsinin veteranı Fatma Səttarovaya təqdim edib.

Qeyd edək ki, I Avropa Oyunlarının məşəli aprelin 26-da "Atəşgah”da alovlandırılıb. Azərbaycanın 60 rayonunu dolaşdırılan məşəl bu gün Bakıya gətirilib.

Məşəl iyunun 12-də I Avropa Oyunlarının açılış mərasimi keçirilən Bakı Olimpiya Stadionuna gətiriləcək.
 


 
 

www.ann.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol