"Kitaba hörmət et!" etiraz aksiyası keçirilib

Yaponiyanın Gifu şəhər əhalisi "Kitaba hörmət et!" etiraz aksiyasına başlayıb. Etiraz aksiyasının başlamasına səbəb "dünya kitab dominosu rekordu"nu təzələmək cəhdidir.
Şəhərin Xalq Kitabxanasının yenilənməsi istiqamətində işlərin sona çatması məqsədilə təşkil olunan "domino rekordu"na iyulun 12-də başlanması gözlənilir. Kitabxanada lazımsız hesab olunan kitablar "domino rekordu"nun qırılmasında istifadə olunacaq.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, təzələndikdən sonra kitabxananın rəsmi açılışının iyulun 18-də keçirilməsi nəzərdə tutulur və bu zaman "domino rekordu"na qoyulan kitablar ikinci əl qiymətinə əhaliyə satılacaq. Amma təşkilatçıların bu təklifi də "kitaba hörmət" aksiyaçılarını sakitləşdirməyib. Şəhər əhalisi kitabların belə bir bəsit kampaniyada istifadə olnmasına icazə verməyəcəklərini bəyan ediblər.
Qeyd edək ki, yapon xalqı kitablara qarşı həddindən artıq həssaslığı ilə tanınırlar. Bu etiraz aksiyalarından sonra "domino rekordu"nu təşkil edənlərin hansı addım atacağı maraqla gözlənilir.
www.ann.az
























