• $
  • €
  • ₽
  • ₺
  • £

“Soyadların dəyişdirilməsi sahəsində məhdudiyyət yoxdur"

“Soyadların dəyişdirilməsi sahəsində məhdudiyyət yoxdur"
09.06.2015 14:58
    
İlqar Məmmədov: "Azərbaycanda adlarla bağlı yeganə məhdudiyyət yeni doğulmuş uşaqlara verilən adlarla bağlıdır”


"2011-ci ildə Nazirlər Kabineti tərəfindən müvafiq qərar qəbul edilib. Bununla da soyadların dəyişdirilməsində mövcud olmuş məhdudiyyətlər aradan qaldırılıb”.

Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəisi İlqar Məmmədov deyib.

İ. Məmmədov bildirib ki, hazırda Azərbaycanda adlarla bağlı yeganə məhdudiyyət yeni doğulmuş uşaqlara verilən adlarla bağlıdır: "Bu məhdudiyyət ondan ibarətdir ki, gülüş doğuran adlar , gələcəkdə uşaqların mənafeyinə xələl gətirən adlar uşaqlara qoyulmasın” .

İ. Məmmədov qeyd edib ki, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu tərəfindən adlar toplusu hazırlanıb və həmin toplu Ədliyyə Nazirliyinin saytında yerləşdirilib: "İstənilən şəxs orada adların mənasını, statistikasını öyrənə bilər. İstənilən adın son bir ildə və yaxud beş ildə neçə nəfərə qoyulduğunu öyrənmək mümkündür. Həmin toplu vətəndaşlar tərəfindən geniş istifadə olunur” .

İdarə rəisinin sözlərinə görə, valideynlər daha çox öz soyadlarını övladlarına verən zaman sonluğunu dəyişdirməyə üstünlük verirlər: "Məsələn, əgər soyad "ov” və yaxud "yev” sonluğu ilə bitirsə, onu lı, li, lu, lü, zadə ilə dəyişdirməyə və ya sonluqsuz istifadəyə üstünlük verilir".

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol