• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda bəzi ət kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq

Bakıda bəzi ət kəsimi məntəqələrinin fəaliyyəti dayandırılacaq
09.06.2015 16:26
"Bakı şəhərində bir neçə böyük ət kəsimi məntəqəsi fəaliyyətini dayandıracaq. Bu məntəqələrdən biri "Keşlə” bazarında, digəri isə "Koroğlu” stansiyasının yaxınlığında yerləşir. Bildiyiniz kimi, "Keşlə” bazarının yaxınlığındakı yol layihə üzrə genişləndiriləcək. Bu gün Bakı Şəhər İcra Hakimiyyətindən bununla bağlı rəsmi məktub almışıq”.

Bunu APA-ya açıqlamasında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova deyib.

S. Rüstəmova bildirib ki, Şamaxı, Salyan və Quba istiqamətindən paytaxta girişdə böyük ət kəsimi məntəqələri tikiləcək: "Məqsəd şəhərə diri heyvanların gətirilməsinin qarşısını almaqdır. Həmin ət kəsimi məntəqələrinə mərkəzləşdirilmiş qaydada nəzarət olunacaq”.

Xidmət rəisi paytaxtda qeyri-qanuni ət kəsimlərinin ləğv edildiyini də bildirib: "Qeyri-qanunu ət kəsimlərinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan pul cəzalarının miqdarı çox aşağıdır. İnsanlar demək olar ki, eyni əməlləri təkrar edirlər. Bildiyiniz kimi, I Avropa Oyunları ilə əlaqədar Dövlət Baytarlıq Nəzarəti Xidməti gücləndirilmiş iş rejimində çalışır. Artıq cədvəl üzrə xeyli iş görülüb. Baytarlıq-sanitariya ekspertiza laboratoriyasının əməkdaşları növbəli iş rejiminə keçiblər. Bazarlara məhsullar adətən gecələr gəlir. Onlar gecə məhsulların müayinələrini aparırlar ki, səhər satışda problem çıxmasın”.
www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol