“AZAL”dan ilk Avropa Oyunlarının qonaqlarına 50 faizlik endirim

"Azərbaycan Hava Yolları” QSC (AZAL) 12-28 iyunda Bakıda keçiriləcək ilk Avropa Oyunlarında akkreditasiyadan keçmiş xarici ölkə vətəndaşları üçün xüsusi aksiyanın başlamasını elan edir.
"Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, xarici ölkə vətəndaşları ilk Avropa Oyunlarına akkreditasiya buraxılışını (beyc) təqdim etməklə 2015-ci ilin sonunadək AZAL şirkətinin bütün reyslərinə biletləri 50 faiz endirimlə əldə edə bilərlər. Qonaqlarımıza akkreditasiya vərəqələrini saxlayıb, Azərbaycana yenidən səfər etmək üçün gözəl fürsətdən istifadə etməyi təklif edirik.
Hər il Azərbaycandan dünyanın 38 ölkəsinə 16 mindən çox beynəlxalq reys həyata keçirilir.
AZAL-ın Azərbaycanın 5 şəhəri (Bakı, Gəncə, Lənkəran, Naxçıvan və Sumqayıt) ilə yanaşı, dünyanın bir çox mərkəz şəhərlərində - London (Böyük Britaniya), Paris (Fransa), Berlin və Frankfurt (Almaniya), Milan və Roma (İtaliya), Barselona (İspaniya), Praqa (Çexiya), Nyu York (ABŞ), Pekin (Çin), Seul (Koreya), Ankara və İstanbul (Türkiyə), Dubay (BƏƏ), Tehran və Təbriz (İran), Tel-Əviv (İsrail), Moskva, Sankt-Peterburq, Astraxan, Yekaterinburq, Kazan, Krasnoyarks, Mineralnıye Vodı, Nijniy Novqorod, Novosibirsk, Perm və Rostov-na-Donu (Rusiya), Minsk (Belarus), Kiyev (Ukrayna), Aktau (Qazaxıstan), Tbilisi (Gürcüstan) və Bişkekdə (Qırğızıstan) də ofisləri var.
www.ann.az

"Azərbaycan Hava Yolları” QSC ilk Avropa Oyunlarının rəsmi sponsorudur.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi