• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda elektrik enerjisi tarifi dəyişə bilər

Azərbaycanda elektrik enerjisi tarifi dəyişə bilər
10.06.2015 16:29
Azərbaycanın elektrik enerjisi bazarının tənzimləyiciləri bazar modelinin dəyişdirilməsi üzərində işləyir.

"APA-Economics"in verdiyi xəbərə görə, bu barədə "Fitch" beynəlxalq reytinq agentliyinin yaydığı məlumatda qeyd olunur.

Məlumatda qeyd edilir ki, bu addımın əsas məqsədi istehsalçı şirkətlərin effektivliyinin artırılmasıdır. "Bu isə "Azərenerji"nin tariflərinə müsbət təsir edə bilər. Sonuncu dəfə elektrik enerjisinin tarifləri 2007-ci ildə dəyişib. İnvestisiya qoyuluşlarının azaldılmasının təzminatı tariflərin artırılması ola bilər. Lakin bu, "Azərenerji" üçün çətinlik yarada bilər", - deyə analitiklər hesab edir.

Şirkətin yanacağa xərclədiyi vəsait əməliyyat xərclərinin yarısına bərabərdir. "2013-cü ilin dekabrından etibarən "Azərenerji"yə satılan hər 1 000 kubmetr qazın qiyməti 63% artaraq 80 manata çatıb. Lakin həmin dövrdən əhaliyə satılan elektrik enerjisinin tarifi dəyişməyib. Şirkətin gözləntilərinə görə, ortamüddətli perspektivdə elektrik enerjisi və qaz tarifləri dəyişməyəcək", - deyə ekspertlər qeyd edir.

Tarif (qiymət) Şurasından isə "APA-Economics"ə bildirilib ki, hazırda hər-hansı tarifin artırılması nəzərdə tutulmayıb.

Xatırladaq ki, Şuranın 2 dekabr 2013-cü il tarixli 13 nömrəli Qərarı ilə magistral qaz kəmərlərinə birbaşa qoşulmaqla istehsal məqsədləri üçün təbii qaz istehlak edən kimya, alüminium, dağ mədən filizi əsasında polad əritmə, elektrik enerjisi istehsalı müəssisələrinə təbii qazın satış (aylıq istehlakı 10 mln. kubmetrdən az olmamaq şərti ilə) tarifi 1000 kubmetr üçün 80 manat (ƏDV daxil) təşkil edir.

Bütün istehlakçılar üçün elektrik enerjisinin pərakəndə satış tarifi 1 kVt/saat üçün 6 qəpik (ƏDV daxil) səviyyəsində müəyyənləşib.
www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol