• $
  • €
  • ₽
  • ₺
  • £

«The Azerbaijani Kitchen» kitabı birinci oldu

«The Azerbaijani Kitchen» kitabı birinci oldu
10.06.2015 21:10
Çinin Yantay şəhərində keçirilən «Gourmand World Cookbook Awards» müsabiqəsində «The Azerbaijani Kitchen» kulinariya kitabı «Ən yaxşı Şərqi Avropa mətbəx kitabı» nominasiyasında 1-ci yer tutub.

Müsabiqədə Azərbaycanı kitabın müəllifləri Tahir Əmiraslanov və Leyla Rəhmanova təmsil ediblər.

Kitab Azərbaycan milli mətbəxinin və kulinariya ənənələrinin beynəlxalq səviyyədə təqdim və təbliğ edilməsi məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə 2014-cü ildə Böyük Britaniyanın «Saqi Books» nəşriyyatı tərəfindən nəşr olunub.

Dünyanın 125 ölkəsindən yüzlərcə nominantın və minlərcə kitabın iştirak etdiyi müsabiqədə «The Azerbaijani Kitchen» kulinariya kitabı ilə yanaşı, Azərbaycan mətbəxindən bəhs edən daha 3 kitab qalib olub. Bunlar Rusiya təmsilçisi Stalik Xankişiyevin «Kaзaн. Кулинарный самоучитель (Узбекистан, Россия, Азербайджан)», ABŞ təmsilçisi Fəridə Buyuranın «Pomegranates and Saffron (A culinary journey to Azerbaijan)» və İran təmsilçisi Samira Jannatdoust-un «Samira's International Cookbook» kitablarıdır. /Azadliq.org

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol