• $
  • €
  • ₽
  • ₺
  • £

Kitabı oxu, bəyənsən pulunu ver

Kitabı oxu, bəyənsən pulunu ver
10.06.2015 22:30

Paulo Koelyodan yenilik

Braziliyanın bestseller yazıçısı Paulo Coelho öz kitablarının satışına yeni ideya tətbiq edib.

Bu həftə o, iki kitabını İnternetdə pulsuz oxunmağa qoyub. "Kitab satışında dönər metod” adlandırdığı yeni metoda görə, oxucular yalnız oxuyub bəyənsələr, pul verəcəklər.

P.Coelho İnternetə 1997-ci ildə çıxmış  "The Manual of the Warrior of Light” (İşıq Döyüşçüsünün stolüstü kitabı) əsərinin ingiliscə versiyasını və "Brida” romanının portuqal versiyasını yerləşdirib.

Kitabları həm "Inkitt” elektron kitablar nəşriyyatının səhifəsinə, həm də öz bloquna qoyub. Onları elektron kitab şəklində endirmək olar.

Portuqal və ispanca qalan kitablarını da bu şəkildə İnternetə qoyacağını deyib. "The Guardian" onun bu yeniliyi nəşriyyat dünyasındakı çətinliklərlə izah etdiyini yazır, "Kitab oxumaq, almaq və satmağın hər həftə yeni yolları tələb olunur."

İngiliscə olan kitabın yalnız beşdə dördünü İnternetdən oxumaq olur. Qalan hissəsi haqqında P.Coelho öz bloqunda yazıb: "Məndə tam versiyası yoxdur. Yalnız bir neçə səhifə çatmır ki, bu da oxumağa mane olmur... Əziz oxucu, əgər bu mətni bəyəndinsə, lütfən onu al. Al ki, biz nəşriyyatlara bu ideyanın biznesə ziyan vurmadığını deyə bilək." 

P.Coelho əvvəllər də buna bənzər bəyanatlar vermişdi. Məsələn, 1999-cu ildə "Kimyagər” romanının rus versiyasını camaat skanerdən çxıararaq İnternetə qoyanda o, kitablarının İnternetə qeyri-qanuni qoyulmasının və ordan endirilməsinin tərəfdarı olduğunu demişdi.

2012-ci ildə isə "Pirate Bay" səhifəsində "bütün piratları birləşməyə və indiyəcən yazdığı hər şeyi pirat yolla çıxarmağa” çağırmışdı.

İndi də kitabının səksən faizini pulsuz, qalan 20 faizini pulla oxumağı təklif edir. /Azadliq.org

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol