• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir

Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
29.05.2020 11:57
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan, Qobustan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzəndə, Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirir.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, IX sinif şagirdləri üçün imtahan saat 10-da, XI sinif şagirdləri üçün isə saat 15-də başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 25192 (Naxçıvanda 1019, Qobustanda 430, Ağcabədidə 1727, Ağdamda 951, Zərdabda 587, Bərdədə 2103, Tərtərdə 852, Göyçayda 1230, Ucarda 854, Kürdəmirdə 1250, Ağdaşda 1236, Yevlaxda 1274, Ağsuda 807, İsmayıllıda 964, Şamaxıda 933, Qubada 1911, Şabranda 666, Qusarda 1126, Xaçmazda 1947, Xızıda 144, Siyəzəndə 492, Kəngərlidə 259, Babəkdə 600, Ordubadda 396, Sədərək 111, Culfada 414, Şərurda 764 və Şahbuzda 145) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 20855 (Naxçıvanda 909, Qobustanda 365, Ağcabədidə 1753, Ağdamda 811, Zərdabda 473, Bərdədə 1758, Tərtərdə 734, Göyçayda 1027, Ucarda 707, Kürdəmirdə 981, Ağdaşda 948, Yevlaxda 1094, Ağsuda 548, İsmayıllıda 897, Şamaxıda 606, Qubada 1264, Şabranda 473, Qusarda 934, Xaçmazda 1490, Xızıda 101, Siyəzəndə 360, Kəngərlidə 260, Babəkdə 655, Ordubadda 376, Sədərək 88, Culfada 402, Şərurda 664 və Şahbuzda 177 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 240 imtahan rəhbəri, 2307 nəzarətçi-müəllim ayrılıb.

www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol