• $
  • €
  • ₽
  • ₺
  • £

Səməd Seyidov: “Avropa Parlamentində keçirilən dinləmələr iflasla nəticələnib”

Səməd Seyidov: “Avropa Parlamentində keçirilən dinləmələr iflasla nəticələnib”
11.06.2015 15:33
"Avropa Parlamentində Azərbaycanın və Avropa Oyunlarının əleyhinə çıxış edən deputatlar Avropanın və Avropa Birliyinə daxil olan ölkələrin gələcəyini başqa ölkələrdən təcrid edirlər.

Avropanı başqa ölkələrlə üz-üzə qoyurlar. Avropanın içərisində onsuz da problemlərin olduğu vaxtda daha çox problemlər yaradırlar. Onlar əslində problemləri bizim üçün yox, özləri üçün yaradırlar”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 10-da Avropa Parlamentində "İdman və insan haqları” mövzusunda Azərbaycanla bağlı dinləmələrə münasibət bildirərkən deyib.

S. Seyidovun fikrincə, bu, faktiki olaraq anti-Azərbaycan yox, Avropanın içərisində anti-Avropa fəaliyyətidir. O bildirib ki, Azərbaycanla bağlı keçirilən dinləmələr tamamilə iflasa uğrayıb: "Ona görə ki, çıxış edən 33-35 nəfərin təxminən 15 nəfəri Azərbaycanda keçirilən Avropa Oyunlarını müsbət qiymətləndirdilər, Azərbaycana qarşı belə təzyiqlərin düzgün olmadığını, Azərbaycanla dialoqun zəruriliyini, Azərbaycanın Avropanın bayrağını yüksəltdiyinə görə ona minnətdarlıq düşdüyünü vurğuladılar. Mən əvvəldən axıra kimi bu dinləmələri izlədim. Eyni zamanda bu, onu da göstərdi ki, Avropa Parlamentinin içərisində artıq proseslər tamamilə başqa cür getməyə başlayıb. Məsələn, iki gün bundan öncə Lunaçek başda olmaqla, istədilər Azərbaycanla bağlı xüsusi qətnamə qəbul etsinlər. Amma keçmədi, alınmadı. Dinləmələr təşkil olundu və bunlar elə bildilər ki, eyni istiqamətdə Azərbaycana qarşı faktlar tapıb çıxış edəcəklər. Lunaçek başqa olmaqla, o deputatların Azərbaycana qarşı qərəzli kampaniyası dəstək almadı. Hətta orada müzakirələr zamanı Avropa Parlamentinin deputatlarının suallarına cavab verərkən nümayəndələrdən biri dedi ki, Azərbaycanı təcrid etmək düzgün deyil, dialoq aparılmalı və  münasibətlər normallaşdırılmalıdır. O bildirdi ki, "bəsdir Azərbaycanı öyrətdik, biz başqalarını öyrətdikcə özümüz onlardan təcrid olunuruq". Bu, onu göstərir kİ, artıq avropalı deputatlar hər şeyi başa düşməyə başlayıblar. Anlamağa başlayıblar ki. Azərbaycanın siyasəti düzgündür və biz kiməsə qarşı qərəzli siyasət aparmırıq, maraqlarına toxunmuruq”.

S. Seyidovun sözlərinə görə, Azərbaycan öz maraqlarını qoruyur və Avropa dəyərlərini ucaldır: "Bu dinləmələr bir daha göstərdi ki, Azərbaycana qarşı təzyiqlərin əsasında erməni lobbisinin, Azərbaycanı istəməyən qüvvələrin Azərbaycana qarşı apardığı siyasət dayanır. Öz vəsaitini ortaya qoyaraq Avropa bayrağını Azərbaycan bayrağı ilə birgə yüksəldən Azərbaycana qarşı işləyən qüvvələr əslində Avropaya qarşı işləyən və erməni dəyirmanına su tökən insanlardır.  Biz gələcəkdə hansısa məsələlərə yanaşanda artıq bu şəxslərlə bağlı konkret olacağıq. Ona görə də bizim bu quruma yox, oradakı bəzi şəxslərə qarşı mövqeyimiz qəti olacaq”.


www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol