• $
  • €
  • ₽
  • ₺
  • £

“Ər və arvad” tamaşası 45-ci dəfə nümayiş olunacaq - Musiqili Teatrda+Fotolar

“Ər və arvad” tamaşası 45-ci dəfə nümayiş olunacaq - Musiqili Teatrda+Fotolar
11.06.2015 15:31

Azərbaycan Dövlət Musiqili Teatrında 13 iyun saat 19.00-da dahi Üzeyir Hacıbəylinin "Ər və arvad” musiqili komediyası 45-ci dəfə nümayiş olunacaq.
 
ANN.Az xəbərə verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, tamaşanın bu dəfəki nümayişinin özəlliklərindən biri də ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə tamaşaçılara təqdim olunmasıdır. I Avropa Oyunları ilə əlaqədar ölkəmizə təşrif buyuracaq qonaqlara daha yüksək keyfiyyətli mədəni xidmət göstərilməsi üçün Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xüsusi dəstəyi ilə teatrın repertuarındakı bir sıra əsərlər ingilis dilinə tərcümə olunub. "Ər və arvad”da həmin tamaşalardan biridir. Ümumiyyətlə, Musiqili Teatrın iyun repertuarı xüsusi şəkildə təşkil olunub və I Avropa Oyunları ilə əlaqədar tamaşalar əsasən ingilis və rus dillərində təqdim olunacaq.
 
 
Qeyd dək ki, tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-drijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu-baletmeysterləri Yelena və Zakir Ağayevlərdir. Əsərin yeni redaktəsi və orkestrləşdirilməsi Əməkdar incəsənət xadimi Sərdar Fərəcova məxsusdur. Tamaşada rolları Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Ələkbər Əliyev, Əkbər Əlizadə, Emma Məlikova, aktyorlar Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Gülcahan Salamova,  Ağaxan Şərifov və Fərid Rzayev ifa edəcəklər.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol