Bakıda “Leyli və Məcnun” tamaşasının kukla sərgisi – REPORTAJ

Rüstəm Qasımov
Bir müddət əvvəl Bakı arxeologiya muzeyində kukla-marionet sərgisi və "Leyli və Məcnun” tamaşasının dekorasiyasının açılışı baş tutdu. Tədbir "İşərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğunun dəstəyi ilə həyata keçirildi. Açılış mərasimində "İçərişəhər” qoruğunun rəhbəri Samir Nuriyev çıxış etdi.
Azərbaycanda yeganə olan Bakı şəhər marionet teatrı ХХ əsrin 80-cı illərində Tərlan Qorçu tərəfindən yaradılıb. 2010-cu ilin yanvar ayında İsveçrənin Vintertur şəhərində Azərbaycan və İsveçrənin birgə layihəsi olan "Kulturskeyp” festivalı çərçivəsində "Arşın mal alan” tamaşası anşlaqla keçib.
Son illərdə müxtəlif ölkələrdən olan ustaların hazırladığı dekorasiyalar, kuklalar, rekvizitlər Fransa, ABŞ, Rusiya, Polşa, Almaniya, İsveçrə kimi ölkələrdə böyük uğurla nümayiş etdirilib. Teatrın kollektivinin diqqət mərkəzində Azərbaycan klassik bəstələrinin, xüsusilə dahi Üzeyir Hacıbəylinin əsərlərinin təbliğatını həyata keçirmək durur.
Tədbirin keçirilməsi üçün yer tapmaq çətin deyil. Düşünürəm ki, çoxları qədim şəhərdə bu məkanın yanından tez-tez keçib.

Bakıda belə maraqlı sərginin keçirildiyini eşidən ki, şansı qaçırmamaq və tədbirə baş çəkmək qərarına gəldim. Əvvəlcədən deyim ki, 1 iyula qədər davam edəcək sərgi mənim gözləntilərimi doğrultdu. Kukla-marionetlər olan birici stend dərhal mənim diqqətimi cəlb etdi. Hər bir eksponata ayrıca baxanda yenidən əmin oldum ki, kuklaların yaradılması çox çətin və zəhmət tələb edən prosesdir, burada o qədər çox detal var ki, hər biri də özünün mikroskopik ölçüsüylə seçilir.


Teatrın qonaqları qarşılayan nümayəndəsi ilə söhbət edərkən, öyrəndim ki, kukla və dekorasiyalardan ibarət olan və hazırda sərgilənən ekspozisiya məşhur "Leyli və Məcnun” tamaşasının səhnəyə qoyulmasında istifadə ediləcək. Məhz o, mənə söhbət zamanı dedi ki, muzeyin iki zalını tutan eksponatlarla zəngin sərgi Dəniz Qorçunun parlaq xatirəsinə həsr olunub.

Bəlli oldu ki, bəzi dekorasiyalar elə sərginin ortasında qurulub və onlar elə yerləşdiriliblər ki, öz oxları ətrafında fırlana bilirlər, buna görə də özlərində hər iki tərəfdən müxtəlif süjetləri əks etdirirlər.

Bəzi kuklalar asılmış vəziyyətdə idi, bu da marionetlər üçün adi situasiyadır, axı onları xüsusi iplərin köməyilə oynadırlar.

Teatrın əməkdaşı həmçinin qeyd etdi ki, hazırki sərgi ilk də 2014-cü ilin yayında Vilnyüsdə (Litva) sonra isə Poznanda (Polşa) müvəfəqiyyətlə nümayiş etdirilib.

Hər iki dəfə sərgi böyük maraqlı qarşılanıb, tam anşlaqla keçib.
Xüsusi qeyd etmək lazımdır ki, hazırki sərgidə nümayiş etdirilən bütün eksponatlarda Şərq ruhu hiss olunurdu. Şərq gözəlliyi, harmoniya və zəriflik – bu üç kompanent şərq ustalarının böyük sevgiylə hazırladığı məmulatlara cəlbedicilik bəxş etmişdi. Hər bir eksponatda Şərqdə başlayan enerji və işıq hiss edilirdi.
Sərgidə tamaşaçılar xüsusi quraşdırılmış plazma ekranlarda kukla-marionetlər barəsində video roliklərə baxa bilirdilər.



Və indi də bir qədər özündə faciəvi sevgi və sədaqəti ehtiva edən, ilk dəfə ərəb folklorunda meydana çıxan, sonradan isə qısa zaman ərzində bütün şərq xalqlarının sevimli əsərinə çevrilən "Leyli və Məcnun”un tarixi haqqında danışaq. Bu faciəli, ancaq parlaq əfsanə barəsində təkcə Şərq Renessansı dövründə və sonra yazılmış 50-dən çox poema məlumdur. Bizim üçün onlardan xüsusilə ikisi əzizdir, dahi Azərbaycan şairləri Nizami Gəncəvinin və Məhəmməd Fizulinin yazdığı "Leyli və Məcnun” poemaları. Leyli və Məcnun obrazlarının analoqlarını Avropa xalqlarının klassik ədəbiyyatında da tapmaq mümkündür, məsələn, Tristan və İzolda, Romeo və Culiyetta.

Bu ölməz əfsanəni ilk dəfə səhnədə göstərən Üzeyir Hacıbəyli olub, bəstəkar 1907-ci ildə eyniadlı operanı, onunla birlikdə isə muğam opera janrını yaradıb, əsərdə Şərqin və Qərbin musiqi ənənələri harmonik şəkildə öz əksini tapıb. Bakı kukla-marionet teatrının "Leyli və Məcnun” tamaşasında operada olduğu kimi musiqili həlli, daha dəqiq desək, orkestr və muğam musiqisinin qarışdırılması nəzərdə tutulur.

20-ci əsrin əvvəlində "Leyli və Məcnun” operası dünyada görünməmiş populyarlığa sahib olmuşdu. Hazırkı tamaşa da hər şeydən əvvəl onun əvvəlki populyarlığını qaytarmaq cəhdidir.

Tamaşada hadisələr qara rəngin fonunda baş tutacaq. Dekorasiyaların dəyişdirilməsi tamaşaçıların gözü qarşısında olmayacaq. Operanın qoyuluşunda ikonoqrafiya kimi, ilk dəfə məşhur Həcər rəssamlığının üslubundan istifadə ediləcək.
Tamaşanın qoyuluşunda son işlər yekunlaşmasa da, o, artıq dahiyanə irsin daha da populyarlaşmasına öz töhfəsini verib – dekorasiyaların sərgilənməsi, təkcə peşəkar çevrələrin deyil, həmçinin mədəniyyətsevərlərin geniş auditoriyasının marağı və dünyanın müxtəlif ölkələrində kukla və marionetlərə olan maraq bunun sübutudur.













www.ann.az
























