• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil Nazirliyi: I Avropa Oyunlarına 18 minədək tələbə cəlb edilib

Təhsil Nazirliyi: I Avropa Oyunlarına 18 minədək tələbə cəlb edilib
11.06.2015 20:44
 Azərbaycanın ali məktəb və kolleclərinin 17 859 tələbə könüllülərindən 5 612 nəfəri Bakı-2015 I Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində, 12 247 nəfər əməliyyat könüllüləri isə Avropa Oyunları ilə bağlı digər tədbirlərdə iştirak edəcək.

Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 2015-ci ilin martından fəaliyyətə başlamış "SABAH-ın könüllüsü” proqramı tələbələrin akademik təhsildən ayrılmadan könüllü fəaliyyətə cəlb olunmaqla, sosial aktivliyini artırmaq və biliklərin praktikada tətbiqi, eləcə də idarəçilik bacarıqlarının və liderlik potensialının inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir.
 
Ötən gün "SABAH-ın könüllüsü” proqramı çərçivəsində Təhsil Nazirliyinin SABAH qruplarında təhsil alan könüllülərin Bakı-2015 I Avropa Oyunlarına dəstəyini nümayiş etdirmək məqsədilə "SABAHFest” adlı festival keçirilib.
 
Təhsil Nazirliyi və "İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunmuş "SABAHFest” adlı festival musiqili-interaktiv üslubda keçirilib. Tədbirdə tələbələr maraqlı viktorinalarda iştirak etməklə, Avropa Oyunlarının idman yarışlarına biletlər qazanıblar.
 
Qeyd edək ki, SABAH qrupları ali təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun kadr hazırlığının təmin edilməsi və ali təhsil sistemində yeni mühitin yaradılması məqsədilə Təhsil Nazirliyinin tabeliyindəki ali təhsil müəssisələrində Savadlı, Bacarıqlı və Hazırlıqlı tələbələrdən təşkil olunub. Hazırda SABAH qrupları 7 ali təhsil müəssisəsində (Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Azərbaycan Dillər Universiteti) 34 ixtisas üzrə 755 tələbəni əhatə edir.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol