• $
  • €
  • ₽
  • ₺
  • £

Mehriban Əliyevaya Serbiyanın yüksək dövlət mükafatı təqdim edildi - Fotolar

Mehriban Əliyevaya Serbiyanın yüksək dövlət mükafatı təqdim edildi - Fotolar
12.06.2015 09:36
Azərbaycanın birinci xanımına "Sreten” ordenini Serbiya prezidenti Tomislav Nikoliç təqdim edib.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya Serbiya Respublikasının yüksək dövlət mükafatı - "Sreten” ordeni təqdim olunub.

APA-nın xəbərinə görə, prezident İlham Əliyevin, xanımı Mehriban Əliyevanın, birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Bakıya səfərə gələn Serbiya prezidenti Tomislav Nikoliçin, xanımı Draqiça Nikoliçin iştirakı ilə Mehriban Əliyevaya "Sreten” ordeni təqdim olunub.

Mehriban Əliyevanın "Sreten” ordeni ilə təltif edilməsi haqqında Serbiya prezidentinin fərmanı oxunduqdan sonra,  Tomislav Nikoliç mükafatı Azərbaycanın birinci xanımına təqdim edib.

"Serbiyada belə bir deyim var: Siz öz ailənizi seçə bilməzsiniz, lakin dostlarınızı seçə bilərsiniz. Bizi seçdiyinizə görə çox sağ olun”, deyə Serbiya prezidenti qeyd edib.  

Birinci xanım Mehriban Əliyeva mükafata görə minnətdarlığını bildirərək mükafatı təkcə səylərin qiymətləndirilməsi kimi yox, həmçinin Serbiya ilə Azərbaycan arasında qarşılıqlı dostluq və hörmət rəmzi kimi dəyərləndirib.  Heydər Əliyev Fondunun prezidenti  Fondun Serbiyada öz fəaliyyətini davam etdirəcəyini vəd edib.
 





www.ann.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol