• $
  • €
  • ₽
  • ₺
  • £

"Rusiya və Ukrayna idmançılar; arasında dava baş verməyib” - AÇIQLAMA

"Rusiya və Ukrayna idmançılar; arasında dava baş verməyib” - AÇIQLAMA
12.06.2015 15:52

"Bakıda rusiyalı və ukraynalı idmançılar arasında dava olmayıb”. APA-nın TASS-a istinadən verdiyi məlumata görə, Rusiyanın Bakı-2015 I Avropa Oyunlarındakı nümayəndə heyətinin rəhbəri İqor Kazikov belə deyib.

Ukrayna yığmasının "şef-de-missionu” Anna Sorokina da belə dava olmadığını bildirib.

Yayılan məlumatların yanlış olduğunu bildirən A. Sorokina qeyd edib ki, bununla bağlı Ukrayna səfirliyi müvafiq yerlərə iki informasiya notası göndərib: "Yalan məlumatların saytlardan çıxarılması tələb olunub. Lakin onlar həmin xəbərləri saytdan çıxarmaq əvəzinə başqası ilə yeniləyib. Hərçənd, bizim idmançılar heç bir davada iştirak etməyiblər”.

Qeyd edək ki, bəzi media orqanlarında Bakının Atletlər Kəndində rusiyalı və ukraynalı idmançılar arasında dava baş verməsi haqda məlumatlar yayılıb. Bildirilib ki, mühafizəçilərin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.

Bu "xəbəri” əsaslandırmaq üçün isə bir neçə şəkildən istifadə olunub.

APA-nın araşdırması zamanı bəlli olub ki, həmin fotolar, ümumiyyətlə, Bakıda çəkilməyib.

Bunlar 13 iyun 2012-ci ildə Polşanın paytaxtı Varşavanın "”Narodowy” stadionunda keçirilən futbol qarşılaşması zamanı polyaklarla ruslar arasında düşmüş davadan çəkilən fotolardır (http://www.smh.com.au/sport/soccer/poland-and-russia-fans-fight-at-euro-2012-20120612-208rv.html).

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol