AZAL MDB məkanında qadın-pilot hazırlayan ilk şirkət olacaq

"Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Milli Aviasiya Akademiyası pilot ixtisası üzrə təlimlə bağlı qadınlar arasında eksperiment qəbulunun başlamasını elan edir.
Bu barədə Trend-ə "Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Sənəd qəbulu 1-30 iyulda həyata keçiriləcək.
Namizədlər üçün tələblər:
- 18-25 yaşlı qadınlar;
- 160-180 sm boy;
- Maksimum çəki 75 kq;
- Azərbaycan, rus və ingilis dillərini sərbəst bilmək.
Müsabiqədə iştirak etmək üçün sənədlərin siyahısı:
- Şəxsiyyət vəsiqəsinin surəti (sənədlər verildikdə əsli də təqdim edilir);
- Təhsil haqqında sənədin əsli;
- 3х4 sm ölçüdə şəkil;
- Xarici dil bigilərini təsdiqləyən sertifikat (əgər varsa).
Bütün sənədlər "Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş idarəsinə təqdim edilməlidir.
Müsabiqədə iştirak etmək üçün sənədləri təqdim edən şəxslər psixofizioloji funksiyaların icbari həkim-ekspert qiymətləndirilməsi üzrə daimi fəaliyyət göstərən xüsusi komissiyanın tibbi müayinəsindən mütləq keçməlidirlər.
Əlavə məlumat əldə etmək üçün "Azərbaycan Hava Yolları” QSC-nin Personalla iş üzrə Baş idarəsinə müraciət etmək olar.
Telefon: (+994 12) 497-26-00 (daxili xətt: 32-84)
Qeyd edək ki, AZAL-ın bu qəbulu MDB məkanında ilk dəfədir.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























