• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub Qaz Dəhlizindən tez zamanda səmərə gözləmək yanlışdır - EKSPERT

Cənub Qaz Dəhlizindən tez zamanda səmərə gözləmək yanlışdır - EKSPERT
13.06.2015 10:23
Norveçin neft və qaz şirkəti "Statoil ASA”-nın yeni prezidenti və baş icraçı direktoru Eldar Saetre ilə görüşdə energetika naziri Natiq Əliyev Cənub Qaz Dəhlizi vasitəsilə İran, İraq və İsrail qazının nəqlinin planlaşdırıldığını bildirib. Nazirin qənaətinə görə, bu da ümumilikdə Avropanın qaz təchizatının yaxşılaşdırılmasına xidmət edəcək.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu açıqlamanı ANN.Az-a şərh edərkən bildirib ki, bu ölkələrin qazının Avropaya nəql olunması yaxın zamanlarda həyata keçirilməyəcək. Ekspert  qaz nəqli ilə bağlı fikirlərin səsləndirilməsinə baxmayaraq, bu layihələrin gələcəkdə reallaşacağından söz açıb: "Bu ölkələrin qazı ancaq gələcəkdə Avropaya ötürülə bilər. Bu cür fikrilər səsləndirilir, amma bu o demək deyil ki, yaxın müddət ərzində qazın nəqli Avropa ölkələrinə yetişəcək”. 

Bu ölkələrin Cənub-Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəql etməsinin müsbət tərəflərindən danışan ekspert bu kəmərlər sistemi və onunla nəzərdə tutulan ixrac sisteminin əlavə üçüncü ölkələrin qazının ötürülməsinə, bu zaman Azərbaycanın da öz imkanlarını təklif etməsinə şərait yaradılacağını qeyd edib: "Necə ki, o vaxt Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı öz şərtlərini  təklif etdi, indi də bu hal baş verərsə, onda ölkəmiz bundan maksimum dərəcədə istifadə edəcək. Və bu da Azərbaycan üçün əlavə gəlir gətirəcək, indiki vəziyyətə baxsaq görərik ki, üçüncü ölkənin qazının ötürülməsi üçün sadəcə yer yoxdur. Əgər genişləndirmə işləri aparılarsa, orada rezerv yaradılacaq və o rezerv vasitəsilə üçüncü ölkə qazını nəql edə biləcək”. 

Cənub Qaz Dəhlizi vasitəsilə ötürüləcək qazın Avropa üçün hansı  müsbət və mənfi tərəflərini olacağından danışan ekspert bu dəhliz vasitəsilə ötürüləcək qazın miqdarının cəmi 21 milyard kub metr təşkil edəcəyini deyib: "Bu da Avropanın ümumi tələbatının cəmi 5 faizini təmin edəcək. Yəni bu dəhliz vasitəsilə ötürüləcək qaz Avropanın hansısa ölkələrdən asılı olması məsələsinə bir dəfəlik cavabdır”. 


Orxan Aslanlı

www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol