• $
  • €
  • ₽
  • ₺
  • £

XİN: “Bu, ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir”

XİN: “Bu, ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir”
13.06.2015 11:00
"Azərbaycanla bağlı qətnamənin qəbulu Almaniya və Azərbaycan arasındakı dostluq münasibətlərinin ruhuna uyğun deyil və ikitərəfli münasibətlərin gərginləşməsinə xidmət edir”.

 
APA-nın məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Almaniya Bundestaqında "Azərbaycanda insan hüquqlarının qorunmasını tələb etmək” adlı qәtnamәnin qәbulu ilə bağlı açıqlamasında bildirilir.
 
Açıqlamada deyilir ki, qətnamənin qəbulunu Xristian Demokratlar və Xristian Sosialistlər İttifaqı və Sosial Demokratlar Partiyası fraksiyaları irəli sürüb. Bununla bağlı Azərbaycanın Almaniyadakı səfirliyi artıq mövqe bildirib: "Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da istintaq və məhkəmə prosesinə təzyiq etmək qəbuledilməzdir. Azərbaycan Respublikasında heç bir şəxs jurnalist və ya siyasi fəaliyyətinə görə həbs olunmur. Həmin qətnamədə əksini tapmış ittihamların heç bir əsası yoxdur. Hesab edirik ki, bu, Azərbaycanın nüfuzuna xələl yetirmək məqsədi güdən qrupların və ya digər dövlətlərin qərəzli şəkildə təqdim etdiyi yanlış məlumatlardan qaynaqlanır. Qətnamədə Azərbaycan ərazilərinin Ermənistan tərəfində işğal edilməsi, Ermənistan tərəfindən aparılmış etnik təmizləmə nəticəsində işğal edilmiş ərazilərdən, həmçinin Ermənistandan didərgin salınmış qaçqın və məcburi köçkünlər barədə məlumat qeyd olunsa da, təəssüflə qeyd etmək lazımdır ki, ən bəsit konvension hüquqları kobud şəkildə pozulmuş bu insanların hüquqlarının müdafiəsi və Ermənistan tərəfinin bu əməllərinə görə məsuliyyəti barədə heç bir çağırış və ya tələb əks olunmur”.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol