• $
  • €
  • ₽
  • ₺
  • £

Olimpiya oyunlarına çəkilmiş xərclərin - Statiskası

Olimpiya oyunlarına çəkilmiş xərclərin - Statiskası
13.06.2015 16:15
İqtisadçı ekspert Samir Əliyev dünyada indiyə kimi keçirilmiş Olimpiya oyunlarına çəkilmiş xərclər barədə statistik məlumat yayıb. 

Bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, Olimpiya oyunlarına çəkilən xərclər həmişə cəmiyyətdə müzakirə mövzusu olur: "Hökumətlər effektiv işlədiklərini sübut etmək üçün xərclərin real həcmini azaltmağa çalışır. Ona görə də rəsmi məlumatlar müstəqil məlumatlardan fərqlənir. Rəsmi məlumatlarda bir qayda olaraq xərcləmələr az göstərilir. İstənilən halda Olimpiya oyunlarına çəkilən xərclər hər bir ölkənin inkişaf səviyyəsindən, infrastrukturunun səviyyəsindən asılı olaraq dəyişir. Xüsusilə də əlverişli infrastrukturu olan ölkələrdə xərclər az, qazanc çox olur. Müxtəlif hesablamalara görə, dünyada Olimpiya oyunlarına çəkilən xərclər orta hesabla 4 milyard dollar civarında dəyişir. Yay Olimpiadasının xərcləri ($6 milyard) qış oyunları ilə ($2,4 milyard ) müqayisədə daha baha başa gəlir.

Bir reallıq var ki, xərclər həmişə ilkin nəzərdə tutulan smetadan çox olur. Məsələn, 1992-ci ildə Barselonada keçirilən Olimpiya oyunlarının sematası 325% çox olub. Bu fərq Atlantada (ABŞ, 1996) 147%, Sidneydə (Avstraliya, 2000) 90%, Londonda (Britaniya, 2012) 290% çox olub. Rusiyada kənarlaşma dəfərlədir. Hətta Yaponlar da 1998-ci ild smetanı 56% artırmalı olublar.

Olimpiya oyunlarının keçirilməsinə yönəldilən vəsaitlərin həcminə gəldikdə isə, onların bəzilərii diqqətinizə çatdırırıq:

1988 – XV Qış oyunları – Kalqari (Kanada) – $1,07 milyard

1992 - XVI Qış oyunları – Albervil (Fransa) - $2,03 milyard

1992 - XXV Yay oyunları – Barselona (İspaniya) - $2,93 milyard

1994 - XVII Qış oyunları – Lilyhammer (Norveç) - $2,03 milyard

1996 - XXVI Yay oyunları – Atlanta (ABŞ) - $4,05 milyard

1998 - XVIII Qış oyunları – Naqano (Yaponiya) - $2,45 milyard

2000 - XXVII Yay oyunları – Sidney (Avstraliya) - $4,48 milyard

2002 - XIX Qış oyunları – Salt Lake City (ABŞ) - $2,45 milyard

2004 - XXVIII Yay oyunları – Afina (Yunanıstan) - $3,20 milyard

2006 - XX Qış oyunları – Turin (İtaliya) - $4,37 milyard

2008 - XXIX Yay oyunları – Pekin (Çin) - $5,86 milyard

2008 - XXI Qış oyunları – Vankuver (Kanada) - $2,45 milyard

2012 - XXX Yay oyunları – London (İngiltərə) - $15,39 milyard

2014 - XXII Qış oyunları – Soçi (Rusiya) - $6,5 milyard (Bu, rəsmi məlumatdır. Bir sıra müstəqil mənbələrdə $50 milyarda çatır)

Onun  sözlərinə görə, xərclərin çoxluğu əlbəttə narahat edici məqamdır: "Çünki vəsait büdcə pulları hesabına xərclənib. Ancaq inkişaf etmiş ölkələr çəkilmiş xərclərdən həm cari, həm də perspektivdə qazanc əldə etməyi bacarır. London Yay Olimpiadası çəkilmiş xərcləri ödəməklə yanaşı ölkəyə 15 milyard dollar qazanc gətirib.. Birləşmiş Krallığın ekspertləri hesab edir ki, iqtisadi qazanc uzunmüddətli xarakter daşıyır və 2020-ci ilə kimi əlavə olaraq investisiyalardan 42-62 milyard dollar gəlir əldə edəcək. Olimpiada tarixində rekord vəsait xərcləyən Rusiya isə bu qədər xərcin qarşılığında cüzi qazanc əldəedib, Soçidə tikilmiş obyektlər hazırda istifadəsiz qalıb”.


www.ann.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol