AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti görüşlər keçirilib. Apasport.az saytının məlumatına görə, 3 qrupda ümumilikdə 8 qarşılaşma baş tutub.
Gərginliyi ilə diqqət çəkən D qrupunda Almaniya millisi debütant Cəbbəlütariqi 7:0 hesablı darmadağın edərək meydana çıxmağına peşman edib. Sabiq "İnter"li Kaxaber Sxadadzenin çalışdırdığı Gürcüstan yığması isə Polşada biabırçılıqla üzləşib - 0:4
Qrupda günün mərkəzi matçı İrlandiya ilə Şotlandiya arasında keçirilib. Tərəflərin qarşılıqlı 1 qol vurduğu oyun elə bu hesabla da bitib.
F qrupunun liderləri olan Şimali İrlandiya ilə Rumıniya Belfastda münasibətlərinə aydınlıq gətirə bilməyiblər. Oyun başladığı kimi də bitib - 0:0.
Qrup üçüncülüyünə iddia edən Finlandiya isə Macarıstana yenilib - 0:1.
İ qrupunun lideri Portuqaliya rəqiblərindən bir qədər uzaqlaşmaq üçün ələ düşən imkanı boşa verməyib. Portuqallar autsayder Ermənistanı səfərdə məğlub ediblər - 3:2.
Qrupun digər autsayderlərindən olan Serbiya isə Danimarka səfərindən boynu bükük dönüb - 0:2. Bununla da serblər final mərhələsinə iddialarını itiriblər.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi