• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanlı dizaynerdən superkar - VİDEO

Azərbaycanlı dizaynerdən superkar - VİDEO
29.05.2020 04:15
25 yaşlı azərbaycanlı dizaynerin eskizi Ferrari şirkətinin müsabiqəsində 900 layihə içərisində ikinci olub

«Nəhayət ki, mənim dizayn etdiyim ilk avtomobil yola çıxmağa hazırdır. Mən çox xoşbəxtəm».

25 yaşlı Samir Sadıqov öz «facebook» hesabında «Rezvani» markalı avtomobilin yeni modelinin satış anonsunu verir.

Onun dizayn etdiyi «Beast» (vəhşi) modeli iyunun 15-dən satışa çıxarılıb. Samir deyir ki, bu modeli haradasa il yarım əvvəl dizayn edib:

«Mən «Rezvani Beast» modelini 2013-cü ilin dekabrında dizayn etmişəm. Adından göründüyü kimi, maşın aqressiv bir maşın olmalıdır. Ona görə mən onun dizaynında mexaniki performansına uyğunlaşacaq aqressiv dizayn elementlərindən istifadə etmişəm. Bu supermaşındır və onun istehsalına normal maşınlardan bir az daha çox vaxt sərf olunur. Hər şey zərgər dəqiqliyi ilə hesablanır».

Samirin dizayn etdiyi bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır.

«ÜZƏRİNDƏ İŞLƏDİYİM ESKİZLƏR YENİLİKLƏRƏ İMZA ATACAQ»

Samir Sadıqov 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, «Lamborghini» avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. «Xəzri» adı ilə dizayn etdiyi avtomobil «Ferrari 2011» Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub.

Samir hazırda iyulda işıq üzü görəcək «Ford» avtomobil markasının yeni modeli üzərində çalışır. Samir yeni modelinin daha da təəccüb doğuracağını bildirib:

«Üzərində işlədiyim başqa eskizlər də var. O eskizlər dünya avtomobil sənayesində yeniliklərə imza atacaq».

Samir Sadıqovu daha yaxından 2011-ci ildə AzadlıqRadiosuna verdiyi müsahibədən tanıya bilərsiniz.


www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
İqtisadiyyat 12:14
Bu şəxslər üçün vergi güzəştinin hüquqi bazası yaradılır
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Siyasət 12:26
Marqvelaşvili: "Gürcüstan öz azərbaycanlıları ilə güclüdür"
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Anews 12:24
Qəfil sual: Niyə bizim xanımlar kosmetikaya daha çox önəm verirlər? - ANN TV
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
Cəmiyyət 12:20
Azərbaycanın hərbi qulluqçusu şəhid olub
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Mədəniyyət 12:19
“Xalqın əxlaq prinsiplərini əks etdirən incəsənəti qiymətləndirirəm” – MÜSAHİBƏ
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Dünya 12:19
Kosmosda tarixi görüş: Pluton ilk dəfə yaxından görünəcək
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
İdman 12:18
Məşhur futbolçu qardaşından üzr istədi - Xəyanətinə görə
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
İqtisadiyyat 12:17
Mənzil almaq istəyən vətəndaş öncə nəyə diqqət etməlidir? - AÇIQLAMA
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
İqtisadiyyat 12:17
"Manat dəyərini itirərsə, minlərlə vətəndaşın vəziyyəti ağırlaşar" - EKSPERT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol