Məşhur müğənninin vida mərasimi azərbaycanlı milyarderin məkanında - FOTO

Friske ilə vidalaşmağa gələn mindən çox adam "Krokus Siti Holl"un ətrafında toplaşıb.
Məşhur rusiyalı müğənni və aktrisa Janna Friske ilə vida mərasimi azərbaycanlı milyarder Araz Ağalarova məxsus olan "Krokus Siti Holl"da keçirilir.
ANS PRESS-in məlumatına görə, Friske ilə vidalaşmağa gələn mindən çox adam "Krokus"un ətrafında toplaşıb. Rusiyanın hüquq-mühafizə orqanları bu haqda məlumat verib.
Foyedə Friskenin açıq tabutu qoyulub. Ətrafında isə onun ailə üzvləri və yaxın dostları yığışıb. Ekranda isə ifaçının ən yaxşı klipləri nümayiş etdirilir. Vida mərasiminin axşam saatlarına qədər davam edəcəyi deyilir. Sabah isə Firske dəfn ediləcək.
Qeyd edək ki, Janna Friske uzun müddət beyin xərçəngi ilə mübarizə aparsa da iyunun 15-də 40 yaşında dünyasını dəyişib.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi























