• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatr bu həftə də xarici qonaqların xidmətində - FOTOLAR

Musiqili Teatr bu həftə də xarici qonaqların xidmətində - FOTOLAR
18.06.2015 11:36
Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən I Avropa oyunları ilə əlaqədar iyun ayı üçün xüsusi repertuar təşkil edib.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə teatrın repertuarındakı bir sıra tamaşalar məhz I Avropa oyunları ilə əlaqədar ölkəmizə gələn qonaqlara – turistlərə, idmançılara keyfiyyətli xidmət göstərmək üçün ingilis dilinə tərcümə olunub. Bu həftə də Musiqili Teatrda bir-birindən maraqlı tamaşalar nümayiş olunacaq. İyunun 18-dən başlayaraq həftəsonuna kimi 4 gün ərzində tamaşaçılara 5 səhnə əsəri – 18 iyun saat 19.00-da "Skapenin kələkləri” (J.B. Molyer), 19 iyun saat 19.00-da "O olmasın, bu olsun” (Ü. Hacıbəyli), 20 iyun saat 19.00-da "Bankir adaxlı” (E. Sabitoğlu, T. Vəliyeva), 21 iyun saat 12.00-da "Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts) və saat 19.00-da "Kimdir müqəssir?” (Ə. Haqverdiyev) təqdim olunacaq. Azərbaycan və rus dillərində oynanılacaq tamaşalar eyni zamanda əcnəbi qonaqlar üçün ingilis dilində tərcümə sətirlər – qaçan titrlər vasitəsilə nümayiş ediləcək. Qeyd edək ki, bir biletin qiyməti gündüz tamaşası üçün 6 manat, axşam tamaşaları üçün isə yerindən asılı olaraq 6-7-8-10 manat təşkil edir.
 




www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol