• $
  • €
  • ₽
  • ₺
  • £

Musiqili Teatrın gənc rejissorları Moskvaya gedir

Musiqili Teatrın gənc rejissorları Moskvaya gedir
18.06.2015 23:07

Azərbaycan Dövlət Musiqili Teatrının gənc rejissorları – Anar Sadıqov və Əlif Cahangirov sabah Moskvaya gedir.
 
ANN.Az xəbər verir ki, teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu bildirib ki, A. Sadıqov və Ə. Cahangirov Rusiya Federasiyasının paytaxtında keçirilən Çexov adına Beynəlxalq Teatr Festivalında iştirak edəcəklər. Eyni zamanda bu festival çərçivəsində "Gənc rejissorların laboratoriyası” fəaliyyət göstərir və burada məşhur teatr xadimləri ustad dərsləri keçirlər.
 
Azərbaycanı təmsil edəcək gənc rejissorlar da V. N. Pankov, V.A Rıjakov, K.M. Qinkas, A.Y. Şapiro, A. Şenderova, A.S. Konçalovskiy kimi ünlü rejissorların ustad dərslərində iştirak edəcəklər. Habelə onların festival çərçivəsində nümayiş olunacaq "İonesko. Suita” (Fransa , rejissor Emmanuel Demorsi-Mota), "Düyü” baleti (Tayvan, baletmeystr Lin Xvay Min), "Qolem” (Böyük Britaniya, rejissor Syuzan Andreyd), "Həyat davam edir” baleti (Böyük Britaniya, baletmestrlər Akram Xan, Rossel Molifant, Mats Ek, Uilyam Forsayt), "Torqi” (Rusiya, rejissor Dmitri Krımov) kimi tamaşaları izləmək imkanı olacaq. Qeyd edək ki,  A. Sadıqov və Ə. Cahangirovun bu tədbirdə iştirakı Teatr Xadimləri İttifaqının dəstəyi ilə baş tutacaq.
 
"Bizə göstərdiyi etimada və bu cür mötəbər tədbirdə iştirakımızı təmin etdiyinə görə Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətova təşəkkürümüzü bildiririk” , - deyə A. Sadıqov və Ə. Cahangirov bildiriblər.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol