• $
  • €
  • ₽
  • ₺
  • £

“Jurnalistlərə dəyər verək” layihəsi başladı

“Jurnalistlərə dəyər verək” layihəsi başladı
19.06.2015 13:52
Azərbaycanda ilk dəfə "Jurnalistlərə dəyər verək layihəsi gerçəkləşdirilib. Vüqar Quliyevin təşəbbüsü ilə reallaşan layihə çərçivəsində "Todaysbaku.az” saytı ilə Şahdağ Turizm Kompleksinin əməkdaşlığı ilə jurnalistlər üçün mediatur keçirilib.

Ölkə mətbuatında çalışan 30 jurnalist Qusar rayonuna səfər edib, Şahdağ Turizm Kompleksinin və burda yerləşən Zirvə otelinin qış turizmi ilə yanaşı yay turizm imkanları ilə tanış olub.

Layihə rəhbəri Vüqar Ağamalı "Jurnalistlərə dəyər verək” layihəsinin əsas məqsədini açıqlayıb: " Əsas məqsəd media nümayəndələrinin istirahətinin təşkil edilməsidir. Jurnalistlər bəlkə də cəmiyyətin ən çox çalışan şəxsləridir. Onlar çətinliyə, hava şəraitinə baxmayaraq, ictimaiyyəti informasiya ilə təmin edirlər. Ona görə istədim ki, media nümayəndələrinin istirahətini təşkil edib öz diqqətimizi göstərək. Düzdür, layihə mediatur hesab olunur. Amma yaradılan şəraitə diqqət etsəniz, əsas hədəf jurnalistlər üçün xoş gün təşkil etməkdir”.
 
Mediaturda iştirak edən jurnalistlər Şahdağ Turizm Kompleksində təşkil olunan 14 cür yay əyləncəsindən istifadə ediblər. Məlumat verilib ki, yay turizminin inkişafını qarşısına məqsəd qoyan Komleks dünya turizminin əyləncələrini Azərbaycana gətirməklə kifayətlənməyib. Turistlərin rahatlığının təminatı üçün nəqliyyat xidməti də yaradılıb ki, xüsusi avtobuslarla birbaşa reyslər təşkil edilir.
 
Sonda onu da qeyd edək ki, "Jurnalistlərə Dəyər verək lahiyəsi” nin rəhbəri Vüqar Quliyev bu layihənin 3 mərhələdə həyata keçiriləcəyini diqqətə çatdırıb: " Hədəflərimiz böyükdür.Bu layihəni 3 mərhələdə reallaşdırmağı nəzərdə tuturuq. " Jurnalistlərə dəyər verək” layihəsinin davamı Türkiyədə olacaq. Ən son hədəfimiz isə Amerikadır.”











www.ann.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
İqtisadiyyat 17:56
Azərbaycanda özəl pensiya fondları açılacaq? - AÇIQLAMA
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
Cəmiyyət 11:21
Greencart üçün müraciət edəcəksinizmi? - SORĞU
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
Cəmiyyət 19:16
YAŞAT fondunda yığılan vəsaitin həcmi AÇIQLANDI
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
İqtisadiyyat 12:33
"Bakı-Tbilisi-Qars ən təhlükəsiz və qənaətli nəqliyyat dəhlizidir"
“Azərxalça”ya sədr təyin edildi
Cəmiyyət 12:32
“Azərxalça”ya sədr təyin edildi
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Cəmiyyət 12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
İqtisadiyyat 12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Cəmiyyət 12:31
484 nəfər cütlükdə xəstəlik AŞKARLANIB
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol